Azərbaycanın xarici dövlət borcunun məbləği açıqlandı
9 milyard manat!Maliyyə Nazirliyi 1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcu barədə məlumatları açıqlayıb.
Qeyd edilib ki, 1 oktyabr 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları (cari məzənnə ilə 9 milyard 8,5 milyon manat ) və ya 2024-cü il üzrə proqnozlaşdırılan 121 milyard 342,5 milyon manat məbləğində Ümumi Daxili Məhsulun (ÜDM) 7,4 faizini təşkil etmişdir.
Cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 162,1 milyon ABŞ dolları və ya 18 faiz azalmışdır.
1 oktyabr 2024-cü il tarixinə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olmuşdur:
XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,7 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 86,1 faiz, avro – 6,1 faiz, yapon yeni – 3,4 faiz, digər valyutalar – 0,7 faiz.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,3 faizini, sabit dərəcə ilə olanlar isə 51,7 faizini təşkil etmişdir.
Xarici dövlət borcunun 48,5 faizi 5 ilə qədər olan müddətdə, 44,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 7,0 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlər, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə hesabat tarixinə faktiki istifadə olunmuş vəsait üzrə ödənilməmiş qalıq vəsaitdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır


















.jpg)






