Sənədsiz evlərlə bağlı problemin həlli üçün hansı işlərin görüldüyü açıqlanıb
Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir.
Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililərin, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illər bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkarladıqda, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Qeyd olunan hissənin icrası ilə əlaqədar mütəmadi olaraq Siyahının təkmilləşdirilməsi və qeydiyyat üçün əsas olan yeni sənədlərin Siyahıya daxil edilməsi istiqamətində tədbirlər görülür.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyat nazirinin 2023-cü il 21 iyun tarixli əmrinə əsasən idarələrarası İşçi qrup yaradılıb. Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən problemin həlli yolları barədə hüquqi, iqtisadi, tikinti, şəhərsalma və torpaq qanunvericiliyi nöqteyi-nəzərindən təhlillər aparılır və məsələnin nizamlanması ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir.
Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Həmin Qaydalarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi müəyyənləşdirilib. Beləliklə, Qaydaların tələblərinə uyğun olaraq, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin və bələdiyyələr tərəfindən ərazi planlaşdırma və şəhərsalma sənədlərinə uyğun olaraq hazırlanmış əsaslandırılmış müraciətlər daxil olduqda, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər.
Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi yaşayış evlərinə aid vətəndaşların istifadəsində olan əlavə torpaq sahələri ilə bağlı müvafiq layihə hazırlanıb. Layihə üzrə torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və həmin torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.
Eyni zamanda Abşeron rayonu və Bakı şəhərinin Sabunçu, eləcə də xüsusən Bakı ətrafı inzibati rayonlarından daxil olan müraciətlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara məxsus torpaq sahələrinin mülkiyyət sənədləri mövcuddur. Həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məqsədilə inzibati ərazilər üzrə müvafiq rayon icra hakimiyyətləri tərəfindən vəsatət qaldırılması məqsədəuyğun hesab edilir.
Eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi və sığorta edilməsi ilə bağlı bildirilib ki, "İcbari sığortalar haqqında" qanunun tələbləri çərçivəsində daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər tərəfindən icbari qaydada yaşayış evlərinin və mənzillərin, o cümlədən qeyri-yaşayış sahələrinin sığortalanması həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq sığortalanmanın aparılmasına nəzarət müvafiq səlahiyyətli dövlət orqanları, sığortaçıların fəaliyyətinə nəzarət isə Mərkəzi Bank tərəfindən təmin edilir. Mərkəzi Bank tərəfindən bu sahədə yerli və xarici təcrübələr araşdırılmış, yerli və xarici ekspertlərlə müzakirələr aparılmış və bu xüsusda hazırlanmış ilkin təkliflər sığorta sektoru və səlahiyyətli dövlət qurumları ilə müzakirə edilir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
3 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 3 saat əvvəl
-
4 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
4 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
5 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)







.jpg)









