Azərbaycanda yonca sahələrinin sığortalanması başlandı – ŞƏRTLƏR, QİYMƏTLƏR

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib.
Marja xəbər verir ki, yonca Azərbaycanda ən kütləvi şəkildə əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkəmizdə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.
Yonca ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında əkilir. Yem bitkisinin ən çox əkildiyi rayonlar Ağcabədi (14,2 min hektar), Beyləqan (13,5 min hektar), Bərdə (11,5 min hektar), Yevlax (8,7 min hektar) və İmişlidir (8,6 min hektar).
Böyük tələbatın olması və ildə bir neçə dəfə məhsul verməsi yoncanı iqtisadi cəhətdən əlverişli və fermerlər üçün qazanclı bitkiyə çevirib. Bununla yanaşı, yonca təbiət hadisələri, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri kimi hallara qarşı həssas bitki sayılır.
Aqrar Sığorta Fondu yonca bitkisini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələri, dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxsin hərəkəti və sair hadisələrdən sığortalayır.
Yonca sahəsinin sığortası nə vaxt biçilməsindən asııl olmayaraq, il ərzində əkin sahəsindən toplanan bütün məhsulu əhatə edir. Fermer məhsulu bəyan edərkən sahədən gözlənilən məhsulun çəkisini və gözlənilən satış qiymətini qeyd edir. Bununla da əkin sahəsindən fermerin gözlədiyi gəlir məbləği formalaşır. Bu məbləğ və əkin sahəsinin yerləşdiyi region üzrə sığorta tarifi nəzərə alınaraq sığorta haqqı hesablanır.
Qaydalara görə, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir.
Məsələn, Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, 1 sentnerin qiyməti 20 AZN proqnozlaşdırılır. Bu halda, 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri 4000 AZN təşkil edir. Region üzrə sığorta tarifinin 1,52% olduğunu nəzərə alanda, bu yonca sahəsinin sığortalanması üçün ümumi sığorta haqqı 60,8 AZN təşkil edir. Həmin məbləğin 50 faizi dövlət tərəfindən ödənilir, nəticədə fermer cəmi 30,4 manat ödəniş etməklə 1 hektar yonca sahəsini sığortalaya bilər.
Fermerlər Fondun 1651 Çağrı Mərkəzinə müraciət etməklə yonca sahələrini çoxsaylı risklərdən sığortalaya bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri

“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi – FOTO
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
12 saat əvvəl
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
13 saat əvvəl
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 14 saat əvvəl
-
14 saat əvvəl
İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər
- 14 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
-
15 saat əvvəl
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
-
15 saat əvvəl
Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub

Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI

İtaliyanın ən böyük yanacaqdoldurma şəbəkələrindən biri SOCAR-a təhvil verilə bilər

Azərbaycanın idxalı ixracından sürətli artır, müsbət saldo "əriyir"
.jpg)
Mərkəzi Bank 3 kredit ittifaqına icrası məcburi göstəriş verib
Ən çox oxunanlar

Bakıda şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradıldı - TƏYİNATLAR

Heydər Əliyev və Ziya Bünyadov arasındakı və Neft Emalı Zavodu ətrafındakı ərazilər yenidən qurulacaq

Müştərinin 27 min manatlıq istehlak krediti "PAŞA Həyat Sığorta" tərəfindən ödənilib

Azercell baza stansiyalarını təkmilləşdirib, yeni baza stansiyasıları istifadəyə verib - İNTERNERİN SÜRƏTİNİ ARTIRIB

SOCAR üzrə satılan 1 kub metr qazın xərci 18 qəpik təşkil edib
