ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
ABB Mərkəzi Bankın AniPay strategiyasına uyğun olaraq sahibkarlar üçün nəzərdə tutulmuş yeni QR-la onlayn ödəniş qəbulu funksionallığını istifadəyə verib.
Marja.az ABB-yə istinadən xəbər verir ki, bu yenilik Bankın ekvayrinq məhsulları arasında QR ödənişi olmayan son xidmətin də rəqəmsallaşdırılmasını təmin edib və ABB-nin ödəniş infrastrukturu tam şəkildə AniPay sisteminə inteqrasiya olunub.
Yeni xidmət çərçivəsində müştəri onlayn ödəniş mərhələsində təqdim olunan QR kodu ABB mobile tətbiqi və ya AniPay sisteminə inteqrasiya olunmuş digər bankların mobil tətbiqləri vasitəsilə oxudaraq ödənişi həyata keçirə bilir. Ödəniş tamamlandıqdan sonra vəsait dərhal tərəfdaşın hesabına köçürülür. Bu, həm sürətli ödəniş təcrübəsi formalaşdırır, həm də tərəfdaş üçün ödəniş anında köçən vəsaitlərin operativ şəkildə istifadəsinə imkan yaradır.
Xidmət onlayn satış platformalarına sahib olan sahibkarlar üçün nəzərdə tutulub və ödənişlərin daha asan, təhlükəsiz şəkildə qəbulunu təmin edir. Bu da müştəri məmnuniyyətini artırmaqla yanaşı, sahibkarlara ödəniş proseslərini rəqəmsallaşdırmaq imkanı verir.
Xidmət bank kartları ilə ödənişdən daha aşağı komissiya şərtləri ilə təklif olunur və tam təmassız ödənişə şərait yaradır. Bu da təhlükəsizlik, rahatlıq və xərclərin azaldılması baxımından əlavə üstünlüklər deməkdir.
Texniki infrastruktur artıq tam hazırdır və bu ödəniş həllinin e-ticarət saytlarında, yəni onlayn alış-veriş platformalarında da tətbiq olunması mümkündür. Beləliklə, sahibkarlar müştərilərindən ödənişləri vebsayt üzərindən QR vasitəsilə də qəbul edə biləcəklər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən və ya rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)


