ABŞ-da işdən çıxarmaların sayı 2020-dən bəri ən yüksək səviyyəyə çatıb
İlk üç rübündə 946 min işçi işini itirib.İlin ilk üç rübündə rekord işdən çıxarma
ABŞ işəgötürənlərinin bu il yanvar-sentyabr dövründə açıqladığı işdən çıxarmaların sayı 946 min 426 nəfərə çataraq 2020-dən bəri ən yüksək səviyyəni göstərib.
Marja xəbər verir ki, işdən çıxarmaların qeydiyyatını aparan "Challenger, Gray & Christmas" konsaltinq şirkəti sentyabr ayına dair hesabatını yayımlayıb. Hesabata görə, sentyabr ayında işdən çıxarılanların sayı illik müqayisədə 26% azalma ilə 54 min 64 nəfər olub.
Üçüncü rübdə isə ABŞ işəgötürənləri ötən ilin eyni dövrü ilə müqayisədə 16% artımla 202 min 118 işçinin işdən çıxarılmasını açıqlayıblar. Bu, 2020-dən bəri üçüncü rüb üçün rekord işdən çıxarma sayı hesab olunur.
Sektorlar üzrə fərqlər
Texnologiya sektoru: 8% azalma ilə 107 min 878 işçi,
Pərakəndə satış sektoru: 203% artım ilə 86 min 233 işçi,
Media sektoru: 9% artım ilə 14 min 60 işçi.
Ümumilikdə, işdən çıxarmaların başlıca səbəbi DOGE-nin (Hökumət Səmərəliliyi Departamenti) fəaliyyətləri olub. Dövlət sektoru bu il 299 min 755 nəfərin işdən çıxarılacağını açıqlayıb və bunların 289 min 363-ü federal işçilərdir.
Bazar və iqtisadi şərtlər ikinci ən böyük səbəb kimi qeyd olunub.
İşə qəbul səviyyəsi 2009-dan bəri ən aşağı səviyyədə
İlin ilk doqquz ayında planlanlaşdırılan işə qəbul sayı illik müqayisədə 58% azalma ilə 204 min 939 nəfər olub və 2009-dan bəri ən aşağı səviyyə qeydə alınıb.
Ekspertlərin proqnozu
Challenger, Gray & Christmas-ın baş vitse-prezidenti Andy Challenger bildirib ki, işdən çıxarma planlarının bu il 1 milyonu keçməsi çox ehtimal olunur. Challenger əlavə edib:
"Bu qədər genişmiqyaslı işdən çıxarmalar ya resessiya dövrlərində, ya da 2005–2006-cı illərdə baş verən ilk avtomatlaşdırma dalğasında, əsasən istehsalat və texnologiya sektorlarında müşahidə olunub."
O, həmçinin qeyd edib ki, əmək bazarı durğundur, xərclər isə artır, yeni texnologiyalar isə işəgötürənlərin qərarlarına təsir edir. Challenger əlavə edib:
"Faiz endirimləri gözlənilir, buna görə dördüncü rübdə əmək bazarında müəyyən sabitlik ola bilər, lakin digər amillər işəgötürənləri işdən çıxarmaları planlaşdırmağa və ya işə qəbul proseslərini təxirə salmağa məcbur edə bilər."
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
6 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul















.jpg)



.jpg)


