970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neftin qiyməti 108 dolları keçdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neftin qiyməti 108 dolları keçdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının genişlənməsi qlobal enerji bazarlarında ciddi gərginlik yaradıb. Müharibənin yaratdığı təklif riski fonunda dünya bazarında neftin qiyməti 2022-ci ildən bəri ilk dəfə 100 dollar həddini keçib.

Marja.az xəbər verir ki, həftənin ilk ticarət günündə Asiya bazarlarında Brent markalı neftin qiyməti 16,6% artaraq 108,10 dollar/barel səviyyəsinə yüksəlib. ABŞ-ın WTI markalı nefti isə 19,6% bahalaşaraq 108,72 dollar/barel olub.

Analitiklərin hesablamalarına görə, Yaxın Şərqdə hərbi eskalasiya nəticəsində qlobal bazarda gündəlik təxminən 20 milyon barel həcmində təklif riski yaranıb. Bu isə neft bazarında kəskin balans pozuntusu yaradaraq qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.

Hörmüz boğazı risk altındadır

Neft bazarındakı narahatlığın əsas səbəblərindən biri də Hörmüz boğazı ilə bağlı təhlükələrdir. Dünyada dəniz yolu ilə daşınan neftin böyük hissəsi məhz bu strateji marşrutdan keçir. Müharibənin genişlənməsi həmin marşrut üzrə tədarükün pozulması riskini artırır.

Bundan əlavə, Küveytin dövlət neft şirkəti ehtiyat tədbiri olaraq hasilatın azaldıldığını açıqlayıb. Bu qərar bazarda təklifin daha da azalacağı ilə bağlı narahatlıqları gücləndirib.

Tramp: “Bu qısa müddətli təsirdir”

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb ki, neft qiymətlərindəki artım müharibənin qısa müddətli nəticəsidir.

Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı təhlükə aradan qalxdıqdan sonra neft qiymətləri sürətlə aşağı düşəcək.

Neft ilin əvvəlindən kəskin bahalaşıb

Qeyd edək ki, neft qiymətləri artıq ilin əvvəlindən ciddi artım göstərir. İl başlayanda 60 dollar ətrafında olan neftin qiyməti hazırda 108 dolları keçib. Bu isə qlobal enerji bazarında təxminən 65%-ə yaxın bahalaşma deməkdir.

Qiymətlər 150 dollara çata bilər

Qətərin energetika naziri bildirib ki, müharibə davam edərsə Körfəz regionundakı enerji ixracatçıları bir neçə həftə ərzində hasilatı dayandırmağa məcbur qala bilər. Belə ssenari baş verərsə, neftin qiyməti 150 dollar/barel səviyyəsinə qədər yüksələ bilər.

İş elanları AzVak.az-da

09.03.2026 03:45

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar