"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
(®) "Fast Solutions" MMC-nin təqdim etdiyi "Star4" xidməti 17-20 iyun 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək Marsol Expo 2026 sərgisində iştirak edəcək.
Sərgi günlərində Fast Solutions - Star4 stendinə müraciət edən şirkətlər üçün ulduzla başlayan qısa biznes nömrələrinin aktivləşdirilməsi pulsuz həyata keçiriləcək.
Star4 Azərbaycanda bizneslərin müştərilərlə daha asan, yadda qalan və peşəkar kommunikasiya qurmasına imkan verən qısa nömrə həlləri təqdim edir.
Marsol Expo 2026 çərçivəsində Star4 biznes müştəriləri üçün xüsusi paket strukturunu təqdim edəcək. Şirkətlər sərgi müddətində Standart, Plus, Premium və Select paketləri ilə tanış ola, öz fəaliyyət sahəsinə və kommunikasiya ehtiyacına uyğun nömrə həllini seçə biləcəklər. Paketlər nömrə sayı və abunə müddətinə görə fərqlənir ki, bu da həm kiçik və orta bizneslər, həm də daha geniş müştəri bazasına malik korporativ şirkətlər üçün seçim imkanı yaradır.
"Fast Solutions" MMC-nin nümayəndəsi bildirib ki, Marsol Expo şirkətlər üçün biznes ictimaiyyəti ilə birbaşa təmas qurmaq baxımından önəmli platformadır:
“Marsol Expo bizim üçün sahibkarlarla, şirkət rəhbərləri ilə və qərarverici şəxslərlə birbaşa görüşmək, onların kommunikasiya ehtiyaclarını daha yaxından anlamaq üçün dəyərli imkandır. Star4 olaraq məqsədimiz bizneslərə daha yadda qalan, daha peşəkar və daha əlçatan əlaqə kanalı təqdim etməkdir. Bu səbəbdən sərgi günlərində müraciət edən şirkətlər üçün aktivləşdirmə ödənişini tətbiq etmirik.”
Star4 xidmətindən müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər, o cümlədən maliyyə, sığorta, telekommunikasiya, restoran və qida, logistika, tibb, təhsil və xidmət sektorları uğurla istifadə edir. Qısa və yadda qalan nömrələr televiziya reklamlarında, sosial media kampaniyalarında, açıq hava reklamlarında və müştəri yönləndirmə proseslərində brendin daha tez yadda qalmasına dəstək verir.
Kampaniya yalnız Marsol Expo 2026 sərgisinin keçirildiyi 17-20 iyun tarixlərində qüvvədə olacaq.
Sərgi məlumatları:
Məkan: Bakı Ekspo Mərkəzi
Stend: 170
Tarix: 17-20 iyun 2026
Vebsayt: www.star4.az
Əlaqə nömrəsi: *6776
E-poçt: [email protected]
Biznesiniz üçün uyğun qısa nömrə həllini seçmək və sərgiyə özəl aktivləşdirmə fürsətindən yararlanmaq üçün 17-20 iyun tarixlərində Fast Solutions - Star4 stendini ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
Dəyərli və təkrarolunmaz "Rolls-Royce Motor Cars Baku" "Bespoke" fərdiləşdirmə proqramı barədə məlumat təqdim edir
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 d. əvvəl
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
-
1 saat əvvəl
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb - Apple, Epic Games, Chess...
Avropa bankı növbəti dəfə Bank Respublika-nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi
Ağ Şəhərdə endirim və bonus imkanı verən yeni kart hazırlanır
Ən çox oxunanlar
ABB-dən İslam bankçılığı çərçivəsində yeni məhsul
Rəsmi məzənnələr açıqlandı
Qızılın qiyməti 4200 dollar/unsiyadan da aşağı düşdü
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib


















