Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % azdır. 2026-cı ilin 1-ci rübündə tədiyyə balansında 413 milyon ABŞ dolları kəsir olmuşdu.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 0.2 mlrd. dollar artmış, xalis xarici maliyyə öhdəlikləri isə 2.0 mlrd. dollar azalmışdır.

Marja xəbər verir ki, bu 2026-cı ilin 1-ci rübü üzrə Tədiyə balansında bildirilir.

Qeyd edilib ki, hesabat dövründə cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 9.5% təşkil etmişdir ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır. Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 0.3 mlrd. dollar (322.9 milyon dollar) azalmışdır. Lakin, ölkənin strateji valyuta aktivləri dövrün sonuna 117.4 mln. dollar artaraq 85.2 mlrd. dollar-a çatmışdır ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir. Bu dövrdə xam neftin orta qiyməti 79.5 dollar/barel olmuşdur.

CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB)

2026-cı ilin I rübü il üzrə cari əməliyyatlar hesabının profisiti 1.7 mlrd. dollar və ya ÜDM-in 9.5%-ni təşkil etmişdir (2025-ci ilin I rübü üzrə 1.1 mlrd. dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 6.6% artaraq 4.1 mlrd. dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.7% azalaraq 2.4 mlrd. dollar məbləğində olmuşdur.

 Xarici ticarət balansı

2026-cı ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 9.9 mlrd. dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 4.7 mlrd. dollar həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.7 mlrd. dollar həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 2.0 mlrd. dollar həcmində profisit yaranmışdır. 2026-cı ilin I rübü üzrə Azərbaycanın dünyanın 157 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 11.8%-i MDB üzvü olan ölkələrin, 88.2%-i isə digər xarici ölkələrin payına düşür.

Daha ətraflı buradan tanış ola bilərsiniz.

16.06.2026 12:49
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19