"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Şura istehlakçı hüquqlarının qorunması istiqamətində çalışacaq.Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni yaradılmış "Azərbaycan İstehlakçılar Şurası" İctimai Birliyinin rəhbər heyəti ilə görüş keçirilib.
"Marja" bu barədə agentliyə istinadən xəbər verir.
Məlmata görə, görüşdə qurumun sədrinin I müavini Cəfər Babayev istehlakçı hüquqlarının müdafiəsi sahəsində ictimai iştirakçılığın və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
O, qeyd edib ki, "Azərbaycan İstehlakçılar Şurası"nın təsis edilərək fəaliyyətə başlaması istehlakçı hüquqlarının qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə əlavə ictimai dəstək formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, Agentliyin öz fəaliyyətində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatları və digər vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb. Bildirilib ki, bu əməkdaşlıq istehlakçı hüquqlarının müdafiəsinin təkmilləşdirilməsinə və ictimai nəzarətin gücləndirilməsinə töhfə verir.
Görüş qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və istehlakçıların hüquqlarının daha effektiv müdafiəsi istiqamətində birgə fəaliyyətə dair məsələlərinin müzakirəsi ilə yekunlaşıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 9 d. əvvəl
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
1 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Ən çox oxunanlar
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar





























