"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
Bu təyinat şirkətin beş yeni bazara genişlənməsi strategiyasının bir hissəsidir. "Coob Ads" Azərbaycanda bizneslərə Google Ads performansını yaxşılaşdırmaq üçün agentliklərə və reklamverənlərə pulsuz peşəkar dəstək təqdim edəcək.(®) 1 iyul 2026-cı il tarixindən etibarən Coob Ads Azərbaycan, Özbəkistan, Gürcüstan, Ermənistan və Moldovada rəsmi "Google Ads sales representative" (Google Ads üzrə satış təmsilçisi) təyin edilib.
Bu təyinat şirkətin beynəlxalq inkişaf strategiyasının məntiqi davamıdır. İki ildən artıqdır ki, Coob Ads (keçmiş Admixer Media) Qazaxıstan, Serbiya, Sloveniya və Xorvatiyada Google Ads sales representative kimi fəaliyyət göstərərək agentliklərə və reklamverənlərə lokallaşdırılmış dəstək təqdim edir.
Yeni bazarlara genişlənmə həm Google Ads sales representative proqramının davamlı inkişafını, həm də inkişaf etməkdə olan rəqəmsal bazarlarda reklamverənlərin lokallaşdırılmış ekspert dəstəyi, strateji məsləhətlər, tədris təşəbbüsləri və nəticəyönümlü xidmətlərə artan tələbatını əks etdirir.
Azərbaycan yüksək inkişaf potensialına malik bazardır.
Azərbaycan inkişaf etməkdə olan, yüksək potensiala malik rəqəmsal bazardır. DataReportal-ın məlumatına əsasən, 2025-ci ildə Azərbaycanda internet istifadəçilərinin sayı 9,23 milyon nəfərə çatıb və internetdən istifadə səviyyəsi 89% təşkil edib.
Rəqəmsal iqtisadiyyat onlayn xidmətlərdən istifadənin artması və elektron ticarətin davamlı genişlənməsi hesabına inkişafını davam etdirir.
"Google Coob Ads-i Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan və Moldovada Google Ads üzrə rəsmi satış nümayəndəsi təyin edib ki, bütün ölçülü şirkətlərə birbaşa ekspert dəstəyi təqdim olunsun. Bu tərəfdaşlıq Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya regionlarında rəqəmsal transformasiyanı və davamlı inkişafı sürətləndirir. Lokallaşdırılmış dəstək sayəsində şirkətlər rəqəmsal alətlərə daha geniş çıxış əldə edir, rəqəmsal marketinq və elektron ticarət üzrə ixtisaslaşmış təlimlərdən faydalanır, həmçinin süni intellekt əsaslı qabaqcıl reklam həllərindən istifadə edərək bizneslərini inkişaf etdirirlər. İnanırıq ki, bu tərəfdaşlıq qeyd olunan bazarlarda əhəmiyyətli iqtisadi təsir yaradacaq və uzunmüddətli rəqəmsal innovasiyaların inkişafına töhfə verəcək." – Jake Norman, Google-un Mərkəzi və Şərqi Avropa üzrə Agentliklərlə İş Departamentinin Direktoru bildirirb.
Bu, bizneslər üçün nə deməkdir
Coob Ads Azərbaycanda bizneslərə Google Ads performansını yaxşılaşdırmaq üçün agentliklərə və reklamverənlərə pulsuz peşəkar dəstək təqdim edəcək.
Buraya aşağıdakılar daxildir:
– kampaniyaların başlanması və genişləndirilməsi üzrə strateji məsləhət xidməti;
– Axtarış, YouTube və Display üzrə dəstək;
– Google-un süni intellekt əsaslı kampaniya növlərinin (Performance Max, AI Max for Search, Smart Bidding) tətbiqi;
– təlim vebinarları, seminarlar və fərdi sessiyalar.
Məqsəd sadədir: şirkətlərə müştəri cəlbetmə xərclərini azaltmağa, reklam xərclərinin gəlirliliyini (ROAS) artırmağa və Google-un reklam alətlərindən istifadə etməklə daha effektiv şəkildə böyüməyə kömək etmək.
"Coob Ads olaraq inanırıq ki, reklam yalnız xərc bəndi deyil, eyni zamanda inkişaf üçün bir mühərrik olmalıdır. Son iki il ərzində yüzlərlə agentlik və reklamverənə standart kampaniyalardan real effektivlik və bazar genişlənməsi təmin edən, süni intellektlə gücləndirilmiş yüksək performanslı strategiyalara keçid etməkdə dəstək olmuşuq. Biz bu yüksək səviyyəli məsləhət və texniki üstünlüyü ödənişsiz təqdim edirik və tərəfdaşlarımızın investisiyalarından daha yüksək gəlir əldə etməsini təmin edirik. İndi isə bu nəticəyönümlü yanaşmanı yeni bazarlara gətirməkdən və yerli bizneslərin Google Ads vasitəsilə inkişaf etməsinə dəstək verməkdən məmnunuq," – Coob Ads-in Qlobal Proqram Direktoru Mojca Rozac qeyd edib.
Şirkət haqqında
Coob Ads CoobX şirkətlər qrupunun bir hissəsidir və əvvəllər Admixer Advertising brendi altında fəaliyyət göstərib. 2016-cı ildən etibarən şirkət Google Marketing Platform-un rəsmi satış tərəfdaşıdır və müxtəlif beynəlxalq bazarlarda agentliklərə və reklamverənlərə Display & Video 360, Campaign Manager 360 və Search Ads 360 daxil olmaqla əsas məhsullar üzrə qabaqcıl rəqəmsal alətlərə və texniki dəstəyə çıxış təqdim edir.
İllər ərzində şirkət 10-dan çox ölkəyə genişlənərək yerli komandalar formalaşdırıb və müxtəlif rəqəmsal bazarlarda praktiki təcrübə qazanıb.
2026-cı ildə şirkət CoobX brendi altında rebrendinq həyata keçirib və media, marketinq, data və texnologiyanı birləşdirən daha geniş inteqrasiya olunmuş ekosistem kimi mövqeyini gücləndirib.
Başlamaq üçün
Azərbaycandakı agentliklər və reklamverənlər Google Ads kampaniyalarının planlaşdırılması, başlanması və optimallaşdırılması üzrə pulsuz məsləhət və ekspert dəstəyi almaq üçün Coob Ads ilə əlaqə saxlaya bilərlər.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
"Ziraat Bank Azərbaycan" Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
5 d. əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
-
46 d. əvvəl
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
-
1 saat əvvəl
THY və digər hava yollarına biletlər də DigiTravel-lə ABB mobile tətbiqində!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
-
2 saat əvvəl
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
-
2 saat əvvəl
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
İyulun 2-də gözlənilən hava şəraiti
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğu bp-dən SOCAR-a məxsus törəmə şirkətə keçdi
Ən çox oxunanlar
“Azersun Holdinq”in gəlirləri 1,9 milyard manata yaxınlaşıb, xalis mənfəəti 25% artıb
Qlobal birləşmə və satınalmaların həcmi ilin birinci yarısında 2,5 trilyon dolları ötüb
"Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir"
Goldman Sachs: Neft bazarı yenidən təklif artıqlığına qayıdacaq
"Google", "Coob Ads" şirkətini Azərbaycandakı rəsmi "Google Ads sales representative" təyin etdi
"KUR FRUİT COMPANY"-nin növbəti layihəsi emal müəssisəsi yaratmaqdır






















