Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Tesla şirkəti 2026-cı ilin ikinci rübündə dünya üzrə 480 min 126 avtomobil təhvil verib. Açıqlanan satış göstəricisi Bloomberg-in 396 min 466 avtomobillik orta proqnozunu əhəmiyyətli dərəcədə üstələyib.
Marja xəbər verir ki, Tesla-nın Model 3 və Model Y avtomobillərinin tədarükü illik müqayisədə 25 % artaraq 467 min 762 ədədə çatıb. Digər modellər üzrə tədarüklər isə rüblük müqayisədə 23 % azalaraq 12 min 364 ədəd təşkil edib.
Şirkətin istehsalı da artım nümayiş etdirib. Model 3 və Model Y üzrə istehsal illik müqayisədə 10 % artaraq 451 min 758 ədədə yüksəlib. Digər modellərin istehsalı isə rüblük müqayisədə 36 % azalaraq 8 min 822 ədəd olub.
Tesla-nın tədarükləri, şirkətin baş icraçı direktoru İlon Maskın (Elon Mask)ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə bağlı fəaliyyəti və ictimaiyyətdə mübahisələrə səbəb olan mövqeyi fonunda ötən il istehlakçıların geniş reaksiyası ilə üzləşməsinə baxmayaraq, illik müqayisədə 25 % artıb.
Satışların bərpası fonunda İlon Maskın fəaliyyətini yaxından izləyən bir çox investor artıq Tesla-nın əsas elektrik avtomobili biznesindən kənara baxır. Onlar şirkətin gələcək inkişafını daha çox Maskın süni intellekt, avtonom idarəetmə və robototexnika sahələrini əsas gəlir mənbələrinə çevirmək strategiyası ilə əlaqələndirirlər.
Bundan əlavə, bazar iştirakçıları arasında İlon Maskın Tesla-nı ötən ay rekord həcmdə ilkin kütləvi yerləşdirmə (IPO) həyata keçirmiş SpaceX ilə birləşdirə biləcəyi barədə gözləntilər də getdikcə güclənir.
XXX
Tesla ikinci rüb üzrə avtomobil tədarükü və istehsal göstəricilərini açıqlayıb. Nəticələr Wall Street gözləntilərini əhəmiyyətli dərəcədə üstələyib. Elon Maskın rəhbərlik etdiyi avtomobil istehsalçısı ardıcıl illik satış azalmalarından sonra bərpa olunmağa çalışır.
Marja xəbər verri ki, əsas rəqəmlər belədir:
İkinci rübdə ümumi avtomobil tədarükü: 480 min 126 ədəd
İkinci rübdə ümumi avtomobil istehsalı: 451 min 758 ədəd
StreetAccount konsensusuna görə, analitiklər təxminən 406 min 600 avtomobil tədarükü gözləyirdilər. Tesla-nın ötən həftə dərc etdiyi şirkət tərəfindən toplanmış konsensus proqnozu isə 406 min 024 avtomobil tədarükü idi.
Güclü hesabat nəticələrinə baxmayaraq, Maskın elektrik avtomobili istehsalçısının səhmləri cümə axşamı təxminən 6% ucuzlaşıb.
Ötən ilin eyni dövründə Tesla təxminən 384 min avtomobil tədarük etdiyini açıqlamışdı. 2026-cı ilin birinci rübündə isə bu göstərici 358 min 23 ədəd olmuşdu.
Cümə axşamı açıqlanan yenilənmiş məlumatlar Tesla-nın avtomobil tədarükünün illik müqayisədə 25%, birinci rüblə müqayisədə isə 34% artdığını göstərib.
Şirkət bildirib ki, baza versiya Model 3 sedanı və ən populyar Model Y SUV-ləri ümumi tədarükün 467 min 762 ədədini, yəni 97%-ni təşkil edib. Tədarük göstəricisi Tesla-nın açıqladığı satışlara ən yaxın göstərici hesab olunur, lakin şirkətin səhmdarlara təqdim etdiyi məlumatlarda bu anlayış dəqiq şəkildə izah edilmir.
Tesla avtomobil satışlarında ardıcıl illik azalmadan sonra bərpa olunmağa çalışır. Bu azalmaya qismən dünyanın ən varlı şəxsi olan Elon Maska qarşı istehlakçı reaksiyası və ABŞ-da federal vergi güzəştinin ləğvi səbəb olub. Maskın sərt siyasi ritorikası, Avropada immiqrasiya əleyhinə ekstremistləri dəstəkləməsi və Tramp administrasiyası ilə federal işçi qüvvəsinin ixtisarı istiqamətində fəaliyyəti bəzi potensial elektrik avtomobili alıcılarını Tesla-dan uzaqlaşdırıb.
Eyni zamanda, BYD, Nio və Xiaomi kimi Çin avtomobil istehsalçıları bazara daha əlçatan və yüksək texnologiyalı elektrik avtomobillərinin geniş çeşidi ilə çıxıblar. Tesla həmçinin Cənubi Koreyanın Hyundai Motor Group şirkətinin və Volkswagen də daxil olmaqla Avropa elektrik avtomobili istehsalçılarının artan rəqabəti ilə üzləşib.
Satışları canlandırmaq üçün Tesla Model 3 və Model Y avtomobillərinin daha ucuz versiyalarını satışa çıxarıb. Şirkət daha sonra Full Self-Driving (Supervised) brendi ilə təqdim edilən sürücüyə yardım sistemlərini bəzi Avropa bazarlarında istifadəyə verib.
Rüb ərzində şirkət üçün ən böyük müsbət amillərdən biri İrandakı müharibə nəticəsində benzin qiymətlərinin kəskin artması ola bilər. Avropalı avtomobil alıcıları ilin birinci yarısında daha çox Tesla və digər elektrik avtomobilləri alıblar. Lakin ABŞ və İran arasında kövrək atəşkəs, eləcə də münaqişənin uzunmüddətli həllinə yönəlmiş diplomatik səylər fonunda neft qiymətləri hazırda fevralda müharibə başlamazdan əvvəlki səviyyələrə yaxınlaşıb.
AlixPartners şirkətinin idarəedici direktoru Dan Hearsch-ın sözlərinə görə, ABŞ-da avtomobil alıcıları tam elektrik avtomobillərindən geri çəkilir və hibrid modellərə daha çox üstünlük verirlər.
“Biz çox böyük ölkəyik və Avropa ilə müqayisədə insanlar bir-birindən daha uzaqda yaşayırlar. Avropada isə şarj infrastrukturu daha yaxşıdır və insanlar o qədər də uzaq məsafə qət etməli olmurlar”, - Hearsch bildirib.
Onun sözlərinə görə, ilin ikinci yarısında inflyasiya, dəyişən ticarət siyasəti, çiplərin və digər komponentlərin bahalaşması ABŞ avtomobil istehsalçıları üçün ən böyük çağırışlar ola bilər.
Mask Tesla-ya Semi elektrik yük maşınlarının istehsalını və satışını artırmağa, həmçinin sürücüsüz Cybercab modelinin istehsalına başlamağa fokuslanmağı tapşırıb. Şirkət həmçinin Optimus humanoid robotlarının istehsalına başlamağı da planlaşdırır.
Tesla birinci rüb üzrə investor yenilənməsində bildirmişdi ki, avtomobil portfelini “tam avtonom gələcək üçün nəzərdə tutulmuş avtomobillərə xüsusi diqqət yetirməklə” optimallaşdırır və bu il həm Cybercab, həm də Tesla Semi modellərinin “kütləvi istehsalına” başlamağı gözləyir.
Tesla yanvar ayında flaqman Model S və Model X avtomobillərinin istehsalını dayandıracağını, Kaliforniyanın Fremont şəhərindəki həmin istehsal xətlərindən isə Optimus qurğularının hazırlanması üçün istifadə edəcəyini açıqlamışdı.
Tesla ikinci rüb üzrə maliyyə nəticələrini iyulun 22-də, çərşənbə günü, bazar bağlandıqdan sonra açıqlamağı planlaşdırır.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
2 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
2 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
2 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb

















