970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmənin artırılması məqsədilə TuranBank ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə növbəti ekoloji aksiyasını həyata keçirib.

“TuranBank ilə təmiz sahillər” adlı layihə çərçivəsində baş tutan aksiyada bank əməkdaşları və ekokönüllülər Bilgəh qəsəbəsinin sahilboyu ərazisində geniş təmizlik işləri aparıb, müxtəlif növ tullantıların toplanması işlərində iştirak edərək ərazinin daha təmiz və istirahət üçün əlverişli vəziyyətə gətirilməsinə töhfə veriblər.

Reklam_3_11

Qeyd edək ki, layihənin əsas məqsədi dəniz sahillərinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, Xəzər dənizinin ekoloji vəziyyətini yaxşılaşdırmaq və ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltməkdir.

Mütəmadi olaraq korporativ sosial məsuliyyət (KSM) layihələri həyata keçirən TuranBank bu təşəbbüslə ekoloji davamlılığa və ölkəmizin təbii sərvətlərinin qorunmasına töhfə verməyi hədəfləyir.

TuranBank bundan sonra da Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edərək, ekoloji ekosistemin bərpası, təbiətin mühafizəsi və yaşıl iqtisadiyyatın təşviqi istiqamətindəki fəaliyyətini genişləndirərək cəmiyyət üçün faydalı layihələrə imza atmaqda davam edəcək.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

03.07.2026 13:13
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19