Prezident Mədət Quliyev və Orxan Sultanovu orden ilə təltif etdi
Prezident İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Bundan başqa, Prezident İlham Əliyev Orxan Sedyar oğlu Sultanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanovu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Həmçinin Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram.
Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Zaur Aydın oğlu – polkovnik
Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki
“Vətən uğrunda” medalı ilə
Ramazanov Rafiq Sultan oğlu – polkovnik
Hüseynov İlqar Yavər oğlu – polkovnik
Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant
Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant
Məmmədquliyev Əli Şüceyib oğlu – mayor
“İgidliyə görə” medalı ilə
Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant
Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant
Əzimov Əzim Yaqub oğlu – leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant
Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant
Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı
Paşayev Qənimət Əliheydər oğlu – mayor
Hacıyev Ramil Kamil oğlu – mayor
Həşimov Mirələm Ağamir oğlu – mayor
Ələskərov Kazım Faiq oğlu – mayor
Zeynalov Vüsal Nayib oğlu – kapitan
Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







