"Yay mövsümündə Xəzərin potensialından maksimum istifadə etməliyik"
"Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməliyik".
Bunu Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov deyib.
O qeyd edib: "Zati-aliləri, möhtərəm Prezident. Ölkənin sosial-iqtisadi inkişafı məqsədilə qeyri-neft sektorunun inkişafı naminə yürütdüyünüz siyasət hər zaman başlıca istiqamət olub. Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmə göstərdiyiniz diqqət və qayğı, bu sahədə həyata keçirdiyiniz islahatlar ölkəmizdə turizm sektorunun inkişafına ciddi təkan verib".
N.Bağırov bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Turizm Assosiasiyası ölkədəki turizm şirkətlərini və otelləri birləşdirir, onların fəaliyyətini koordinasiya edir. Quruma 150-dən çox turizm şirkəti, 100-dən çox mehmanxana kompleksi daxildir: "Azərbaycan Turizm Assosiasiyası artıq üçüncü seçki ilidir ki, BMT-nin Ümumdünya Turizm Təşkilatının Qoşulan üzvlər Şurasının Avropa üzrə vitse-prezidenti seçilir. Assosiasiyamız ölkəmizdə və xarici ölkələrdə təşkil olunan bütün biznes-forumlarda aktiv iştirak edərək turizm imkanlarını təşviq edir".
Onun sözlərinə görə, Azərbaycan Turizm Assosiasiyası turistlərə bələdçi xidmətinin göstərilməsi, həmçinin bu sahədə kadrların hazırlanması üçün ilk dəfə olaraq Bakı ekskursiya bürosunu yaradıb. Büro Bakı və regionlarda turistlərə müxtəlif dillərdə ekskursiya xidmətləri göstərir: "Ölkənin davamlı inkişafının bir hissəsi kimi qiymətləndirilən turizm sahəsinin inkişafı ilə bağlı son illər Sizin tərəfinizdən imzalanmış çoxsaylı fərman və sərəncamların icrası bu sahənin inkişafına daha əlverişli şərait yaradıb. Nümunə üçün qeyd etmək istərdim ki, bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb".
N.Bağırov əlavə edib ki, 2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib:
"Möhtərəm cənab Prezident, ölkəmizdə turizm sahəsində aparılan köklü islahatların davamı olaraq, 2016-cı ildə imzaladığınız “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamınızı xüsusi qeyd etmək istərdim. Bu Sərəncamda Azərbaycan Respublikasının Turizm Şurasının yaradılması, “shopping festivalı”nın keçirilməsi, əlverişli yeni beynəlxalq uçuşların cəlb olunması, turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin, yeni turizm və rekreasiya zonalarının yaradılması, çimərlik turizminin inkişafı, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, Turizm Reyestrinin yaradılması və digər mühüm məsələlər yer alıb.
Cənab Prezident, qeyd etmək lazımdır ki, son illər daxili turizm regionlarda daha çox inkişaf edir. Belə ki, turizm infrastrukturunun yaxşılaşdırılması, o cümlədən Şahdağ və Tufandağ turizm istirahət, Naftalan, Duzdağ, Qalaaltı və sair müalicəvi-sağlamlıq komplekslərinin, müasir otel şəbəkələrinin yaradılması, tarix və mədəniyyət abidələrinin, mədəniyyət ocaqlarının bərpası regionlarda turizmin bütün ilboyu inkişafına təkan verib".
Assosiasiya rəhbəri qeyd edib ki, respublikamızda keçirilən “Eurovision-2012”, qızlar arasında futbol üzrə U-17 dünya çempionatı, Beynəlxalq Caz Festivalı, birinci Avropa Oyunları, Formula-1 və digər beynəlxalq səviyyəli tədbirlərin Azərbaycanın turizm imicinə çox böyük müsbət təsiri olub: "Bu tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizi, onun tarixini, mədəniyyətini, qonaqpərvərliyini, mətbəxini və bir sıra digər özünəməxsus xüsusiyyətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq, ölkəmizi dünyaya fərqli bir kontekstdə təqdim etməyə imkan yaradıb.
Möhtərəm Prezident, ölkəmizdə turizm sənayesinin daha da inkişafı üçün bir neçə addımın atılması arzuolunandır. Buna misal kimi, ölkəmiz üçün prioritet olaraq seçilmiş ölkələrdən birbaşa uçuşların sayının artırılmasını, aviabiletlərin və yerləşdirmə vasitələrinin qiymətlərinin daha münasib olmasını, ölkəmizdə hostellərin, bir və iki ulduz kateqoriyalı mehmanxanaların tikilməsini, xarici turizm üzrə ixtisaslaşan şirkətlərə müəyyən güzəştlərin edilməsini göstərmək olar. Bununla yanaşı, turistləri ölkəmizin füsunkar təbiəti, özünəməxsus mədəniyyəti, zəngin və möhtəşəm tarixi, milli mətbəxi ilə bərabər Xəzər dənizi də çox maraqlandırır. Yay mövsümündə Xəzər dənizinin potensialından maksimum istifadə etməli, dəniz gəzintiləri, adalarda turizmin inkişaf etdirilməsi imkanlarından yararlanmalıyıq.
Cənab Prezident, yüksək diqqət və qayğınız sayəsində turizmin inkişafında əldə olunmuş uğurların davam etdirilməsi, o cümlədən ölkəmizin turizm imicinin qorunması, turistlərə yüksək səviyyədə xidmətin təşkili üçün bu sahədə çalışan şirkətlərin fəaliyyətinə keyfiyyət nəzarəti mexanizmi daha da təkmilləşdirilməlidir. Bu istiqamətdə turizm ictimaiyyəti bütün səyləri səfərbər etməyə hazırdır. Azərbaycan Turizm Assosiasiyasının bütün üzvləri adından ölkəmizdə turizmin inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
3 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
3 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
3 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
3 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
4 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!



















