“Khazar” bazarda necə öz yerini tuta bilər?
Azərbaycan vətəndaşlarının bir çoxu, “Neftçala Avtomobil Zavodunda istehsal olunan “Khazar” markalı avtomobilləri almaqdansa, Rusiya istehsalı Lada modellərini və işlənmiş Alman avtomobillərini seçərəm” bildirir.
Hesab olunur ki, “Khazar” avtomobilləri də Naxçıvan Avtomobil Zavodunun “NAZ-Lifan” avtomobilləri kimi keyfiyyətsiz olacaqdır.
“Azərmaş” ASC-nin İdarə heyətinin sədri Emin Axundov bildirib ki, zavodda “Runna”, “Samand”, “Soren”, “Dena” markalı avtomobillər yığılır. Avtomobillər 14-16 min manata təklif olunur.
"Marja" xəbər verir ki, hazırda bazardan bu qiymətlərə Rusiya istehsalı olan Lada modellərini almaq olar. Məsələn, rəsmi satış mərkəzində Lada Granta (sedan) 14700 manata, Priora 14500 manata, Kalina 16200 manata təklif olunur. Lada Vesta modeli isə nisbətən bahadır: 21500-23000 AZN. Qeyd edək ki, son illər Lada modelləri xeyli təkmilləşdirilib və daha konfortludurlar.
“Azərmaş” ASC-nin sədri, ““Khazar” avtomobillərinin başlıca üstünlüyü onun qiyməti və keyfiyyətidir. Hazırda bazara ən ucuz maşınları Rusiya və Çin istehsalçıları çıxarır. Azərbaycanda onların qiyməti 21 min manatdan başlayır. Bizim avtomobillər isə daha ucuz qiymətə - 14-16 min manata təklif olunur və daha geniş komplektasiyaya malikdir. Azərbaycan bazarında bu qiymətə belə təchizata malik avtomobil yoxdur” deyib.
Azərbaycan bazarında Çin avtomobilləri də (Changan, Baic, Gac) münasib qiymətləri ilə fərqlənir. 21 min manatdan aşağı qiymətlərə də Çin avtomobilləri almaq olar. Bir çox insanlar aşağı keyfiyyətli olduqlarına görə, Çin avtomobillərinə üstünlük verməsələr də, geniş komplektasiya qarşılığında təklif olunan münasib qiymətlər bir çoxlarını şirnikləndirir.
Həmçinin bazarda Ravon avtomobilləri (Nexia, Gentra və R4) də çox satılır. Bu avtomobillər münasib qiymətlər və sərfəli lizinq şərtləri ilə təklif olunur. Ötən il Azərbaycanda ən çox Ravon modellərinin satıldığı bildirilir. Qeyd edək ki, Azərbaycanda "Ravon" və "QAZ" avtomobilərinin satışı da "Khazar"ın daxil olduğu "Azərmaş" tərəfindən həyata keçirilir.
Həmçinin 23 700 manatdan başlayan qiymətlərə Volkswagen Polo, 24200 manatdan başlayan qiymətər ilə Hyundai Accent almaq olar. Bu modellər daha keyfiyyətlidir, təkrar bazarda asan satmaq mümkündür, ehtiyat hissələri tapılır və normal servisləri mövcuddur.
Qeyd edək ki, avtomobil distribyutoru və dilerlərin ən böyük çətinliyi kreditlə yeni avtomobil alışlarında 50% ilkin ödənişin olmasıdır. Yeni avtomobilin dəyərinin 50%-ni kreditlə ödəmək olar. Əgər yerli avtomobil üçün ilkin ödəniş məhdudiyyəti ləğv edilərsə və ya 20%-ə endirilərsə, belə qərar “Khazar”ən satışlarına müsbət təsir edə bilər.
Digər bir addım yerli istehsalın dəstəkənməsi üçün xaricdən idxal olunan avtomobillərə vergilərin artırılması ola bilər. Rusiya, Özbəkistan və Çin istehsalı avtomobillərin yerli avtomobilərdən daha baha başa gəlməsini təmin etmək üçün belə bir addım atıla bilər. Qeyd edək ki, belə bir addım dölətlərarası münasibətlərdə (məsələn, Rusiya ilə) bir sıra çətinlik yarda bilər. Himayəçilik cavabsız qalmır, Azərbaycanın gömrük tariflərini artırması ilə digər dövlətlər də Azərbaycana qarşı analoji addımlar ata bilər.
“Khazar” avtomobillərinin satışlarında ən mühüm rolu onu keyfiyyəti oynayacaqdır. Əgər avtomobillər dözümlü olarsa, marka bazarda öz yerini tuta biləcəkdir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 11 d. əvvəl
- 22 d. əvvəl
-
24 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 34 d. əvvəl
-
51 d. əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
1 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
Ən çox oxunanlar
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu























