"Kupça"nın verilmə müddəti azaldıldı
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı sahəsində mühüm yenilik baş verib. Əmlak çıxarışlarının verilmə müddəti azaldılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən "Marja"ya bildiriblər ki, artıq vətəndaşlar əmlakları üzərində mülkiyyət hüququnu təsdiqləyən çıxarışı 1 iş günü müddətində ala biləcəklər.
Bununla bağlı Nazirlər Kabineti “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib. Dəyişikliyə əsasən vətəndaşların təqdim etdikləri ərizə onların istəyi əsasında daha sürətlə icra ediləcək. Nəticədə vətəndaşlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını təsdiqləyən çıxarışları 1 gün, 3 gün və 7 iş günü müddətində ala biləcəklər. Qeydiyyat prosesi zamanı mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına ehtiyac yaranarsa, ərizələr 2 gün, 5 gün və 10 iş günü müddətində icra ediləcək.
İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr isə bir və iki iş günü müddətində icra olunacaq. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən əmsallarla hesablanacaq.
Qaydalarda edilən dəyişikliklər və onların icrası daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların sadələşdirilməsi və burada tətbiq edilən texnoloji yeniliklər sayəsində mümkün olub.
36 AY ÖDƏNİŞLƏ PREMİUM MƏNZİLLƏR!
Bu yenilik daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artmasına, daha çox insanın rahatlıqla mülkiyyət üzərində hüquq sahibi olmasına şərait yaradır. Bu isə daşınmaz əmlak bazarının aktivləşməsinə, iqtisadi əməliyyatların, o cümlədən alqı-satqı, ipoteka əməliyyatların aparılmasını sürətləndirəcək.
Qeyd edək ki, əmlak çıxarışlarının bir gün ərzində verilməsi əmlakın qeydiyyatı sahəsində ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Bir gündə verilməsinə baxmayaraq çıxarışlar vətəndaşlara onların istəyi əsasında elektron şəkildə də təqdim olunur.
Elektron çıxarış sisteminin tətbiqi qeydiyyat prosesinin tam olaraq avtomatlaşdırılmasına imkan verir. Daşınmaz əmlakın dövlət reyestrindən elektron imza ilə təsdiqlənən çıxarış Elektron Hökumət Portalında yerləşdirilir və portal vasitəsilə hüquq sahibi tərəfindən elektron üsulla əldə edilir. Həmçinin daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən məlumatlar elektron çıxarışda da əks olunur.
Sistemin istifadəsi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilən göstəricilərin müsbət dinamika ilə irəliləməsi, idarəetmədə vətəndaş-məmur münasibətinin minimuma endirilməsi, eləcə də ictimai xidmətlərdən əhalinin daha rahat və çevik qaydada faydalanması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirəcək.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
3 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
8 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
8 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb






















