"Rabitəbank" konvertasiya faizini 0-a endirdi!
(©) Artıq manatla bütün yollarınız açıq olacaq!
Rabitəbank daha bir yeniliklə müştərilərinin qarşısındadır. Bank bu dəfə Azərbaycandan kənardakı bütün fiziki və onlayn nağdsız əməliyyatlar zamanı konvertasiya faizlərini tamamilə ləğv edərək 0%-ə endirib. Rabitəbank bu yeniliklə müştərilərin sahib olduqları kartlardakı valyutadan fərqli olan müxtəlif digər valyutalarla, konvertasiya faizi ödəmədən əməliyyatlar edə bilməsini təmin edir.
Yenilik sayəsində artıq müştərilər sahib olduqları AZN və ya digər valyutalı MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum və MasterCard Balck Edition kartları ilə Aliexpress, Ebay, Amazon kimi məşhur e-ticarət platformaları da daxil olmaqla bütün platformalardan heç bir əlavə xərc olmadan ödənişlərini həyata keçirə biləcəklər.
İndiyə qədər müştərilər əməliyyatlar apararkən əgər sahib olduqları kartın valyutası etdikləri əməliyyatın valyutasından fərqli olardısa, bu zaman müəyyən konvertasiya faizləri ödəməli olurdular. İndi isə artıq konvertasiya əməliyyat məlumatlarının hesabdan silindiyi günə uyğun olaraq Mərkəzi Bankın məzənnəsi ilə aparılır və heç bir əlavə faiz hesablanmır.
Rabitəbank bu yeniliyin mahiyyətini daha dəqiq və aydın izah etmək üçün xüsusi video-çarx da təqdim edib:
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 22 saat sonra
-
-
18 d. əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 46 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Ən çox oxunanlar
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib























