Bankir: “Bazara məzənnənin sabitliyi lazımdır”
“Bu gün bazara ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin necə olmasından daha çox onun sabitləşməsi, bəlli bir dəhliz çərçivəsində dəyişməsi lazımdır”.
Bunu jurnalistlərə açıqlamasında “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı hələ uzun müddət idxaldan, dolayısı ilə xarici valyutanın məzənnəsindən asılı olacaq. Odur ki, iqtisadi sabitlik üçün məzənnənin sabitləşməsi vacibdir: “Dəhliz bəlli olmalıdır və bunu investor bilməlidir. Gələcəkdə də Azərbaycanda idxalın payı yüksək olacaq. Yəni, biz xarici valyuta ilə bağlıyıq”.
Vergi Məcəlləsinə dəyişikliklərdə korreksiya tələb edən məsələlər var
“Bu ilin əvvəlindən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklər iqtisadiyyat üçün müsbətdir, iqtisadi inkişafa təkan verəcək, bankların aktivlərini artıracaq”, - Faiq Hüseynov deyib.
Bununla belə, onun sözlərinə görə, bəzi dəyişikliklərdə aydın olmayan məqamlar var: “Məncə, bu dəyişikliklər əvvəlcədən maraqlı tərəflərlə, banklarla, biznes strukturları ilə müzakirə edilməli idi. Çünki korreksiya tələb edən məsələlər var”.
F.Hüseynov dəyişikliklərdə nəzərdə tutulmuş kreditlərin nağdsız formada verilməsi ilə bağlı məqamın bank sektoruna müsbət təsir edəcəyini də vurğulayıb: “Bu, manat kütləsinin həcmini artıracaq, həm depozit, həm də kredit faizlərinin aşağı düşməsinə səbəb olacaq. Bildiyiniz kimi, hazırda manatla verilən kreditlərin illik faiz dərəcəsi 30% ətrafındadır. Bu cür faizlərlə isə biznes özünü doğrulda bilməz. Çünki, o qədər rentabellilik yoxdur”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 8 d. əvvəl
-
-
22 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
1 saat əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
































