Bank VTB (Azərbaycan) 6 filialının bağlanmasını belə şərh etdi
“Bank VTB (Azərbaycan)“ ASC, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən 6 filialının lisenziyalarının ləğv edilməsinə münasibət bildirib.
Bankdan “Marja”ya daxil olmuş açıqlamada deyilir:
2016-cı ilin sonunda bank VTB (Azərbaycan)-ın səhmdarları olan VTB (ASC) və “AtaHolding” ASC tərəfindən bankın 2017- 2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edilmişdir. Korporativ bizneslə işin gücləndirilməsini nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, bank VTB (Azərbaycan) filial şəbəkəsini konsolidasiya edir. Belə ki, müştəri xidmətləri bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi, “Əhmədli” və “Həzi Aslanov” filiallarının “Neftçilər” filialına birləşdirilməsini göstərmək olar. Bank VTB (Azərbaycan) əvvəllər bankın əhatə etmədiyi və paytaxt əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq məqsədi ilə yeni filialların açılmasına qərar verib. 2016-cı ildə bankın eyniadlı metro stansiyaları yaxınlığında “Gənclik” və “Elmlər” adlı iki yeni filialı açılıb.
Filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ strategiyasının tərkib hissəsidir və bank VTB (Azərbaycan)-ın müştəriləri qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, “Əcəmi”, “Sahil”, “Gəncə”, “Sumqayıt”, “Neftçilər”, “Elmlər” və “Gənclik” kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət göstərməyə davam edir.
Ötən il ərzində bankın korporativ biznesinin əldə etdiyi müsbət nəticələr bu prosesin effektiv və məqsədəuyğun olduğunu göstərib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 7 d. əvvəl
-
- 9 d. əvvəl
- 18 d. əvvəl
-
32 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti































