"Yük terminalındakı şəraitə görə gömrük cavabdeh deyil"
Dekabrın 14-də sosial şəbəkələrdən birində Lyaman Pirkukh adı ilə qeydiyyatdan keçən şəxs öz profilində Belarusdan gətirdiyi ev heyvanı - itin Heydər Əliyev Beynəlxalq Aeroportunun yük terminalında çətin şəraitdə saxlanılması, gec təhvil verilməsi, terminalda veterinarın olmaması və ona qarşı kobud rəftar edilməsi ilə bağlı məlumat paylaşıb.
Dövlət Gömrük Komitəsi bildirir ki, yük terminalındakı şəraitə görə gömrük orqanları cavabdeh deyil və gömrük xidməti yalnız ölkəyə gətirilən yüklərin rəsmiləşdirilməsi prosesini həyata keçirir. Eyni zamanda, gömrük əməkdaşlarının həmin şəxsə qarşı kobud rəftarı ilə bağlı deyilənlər də həqiqəti əks etdirmir.
Bundan başqa, mövcud qanunvericiliyə görə xaricdən ölkəyə gətirilən heyvanların gömrük rəsmiləşdirilməsinin qeyri-iş saatlarında həyata keçirilməsi və sahibinə təhvil verilməsi üçün həmin heyvanın sahibi və ya onun səlahiyyətli nümayəndəsi əvvəlcədən gömrük orqanına rəsmi şəkildə müraciət etməlidir. Aparılan araşdırma zamanı məlum olub ki, həmin şəxsin və ya onun səlahiyyətli nümayəndəsinin gömrük orqanlarına bu mövzuda müraciəti daxil olmayıb və itin sahibi olan xanım da bunu təsdiq edir.
Onu da qeyd edək ki, yükü daşıyan təyyarə saat 03:40-da hava limanına eniş edib, yükün sahibi olan vətəndaş isə saat 05:15-də terminala yaxınlaşıb. Vətəndaş gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etmədiyindən ona bu sənədin tərtib olunaraq gömrük orqanına təhvil verilməsi bildirilib. Sənəd təqdim edildikdən sonra gömrük rəsmiləşdirilməsi operativ şəkildə həyata keçirilərək ev heyvanı sahibinə təhvil verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)








