Xaricdə yaşayan iş adamı şikayətçidir - “550 min dollarımı ödəmir...”
Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Sakin Ağayev dələduzluğa məruz qaldığını iddia edir. S. Ağayev müraciətində qeyd edib ki, həyat yoldaşı Vüsalə Rəhimli ilə birgə bir zamanlar iş ortaqları olmuş İbrahimov Fikrət Vəli oğlunun böhtanına və dələduzluğuna məruz qalıblar.
Şikayətçi bildirib ki, 2003-cü ildən Qazaxıstanda yaşayır və orada bizneslə məşğuldur: “Bu ilin sentyabr ayında Azərbaycandan çıxışıma məhdudiyyət qoyulduğu üçün Qazaxıstana ailəmin yanına gedə bilmirəm. Qazaxıstanda təsis etdiyim müəssisənin təsis payının əvvəlcə 50%-ni , daha sonra isə qalan 50 faizini 2014- cü ilin iyunun 14-də Fikrət İbrahimova müqavilə əsasında 1 milyon 250 min dollara satmışam. Müqavilədə qeyd olunub ki, o, iyun ayının axırına kimi mənə olan borcunu ödəməli idi. Daha sonra o sözügedən şirkəti üçüncü şəxsə satıb. Yalnız 2015-ci ildə mənə həmin borcdan 698 min dollar ödəyib. Yerdə qalan 550 min dollar borcunu isə ödəməyib. Mənə borclu olması barədə Qazaxıstan məhkəməsinin də qərarı var. O isə borcundan yayınaraq Azərbaycana gəlib.
İbrahimov Fikrət Vəli oğlu tərəfindən ərazi üzrə bizə heç bir aidiyyatı olmayan Bakı şəhəri Pirallahı rayon Məhkəməsində pul vəsaitinin tutulması barədə mülki qaydada əsassız vəsadət qaldırılmış və hakim Əkrəm Sabir oğlu Qəhrəmanovun sədrliyi ilə, bizim iştirakımız təmin olunmadan işə baxılaraq qarşı tərəfin xeyrinə bizdən birgə qaydada 698000 ABŞ dollar pul vəsaitinin tutulmasına dair qanunsuz 2(094)-396 /2017 nömrəli, 26.07.18-ci il tarixli qətnamə qəbul edilib. Məhkəmə prosesi bərəsində bizə heç bir bildiriş verilməmiş və məhkəmə iddiaçı tərəfindən tərtib olunaraq birtərəfli qaydada imzalanan “müqaviləyə” hüquqi sənəd kimi istinad edilərək heç bir məntiqə sığmayan absurd qətnamə çıxarıb.
Məhkəmə prosesində Qazaxıstan məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə heç bir əhəmiyyət verilməyib. Bu qətnamə ilə məhz İbrahimov Fikrət Vəli oğlunun borclu olduğu, ən əsası isə Azərbaycan məhkəmələrində istinad edilən saxta müqavilənin mövcud olmadığı müəyyən edilib. Ölkələrimiz arasında məhkəmə sənədlərinin tanınmasına dair müvafiq müqavilənin mövcudluğunu nəzərə alaraq Qazaxstan məhkəməsinin qətnaməsinin tanınması üçün qanunvericiliyə uyğun şəkildə Azərbancan Ali Məhkəməsinə müraciət etmişik.
Eyni zamanda konstitutusiya hüquqlarımızın bərpa edilməsi ilə bağlı Konstutsiya Məhkəməsinə şikayət ərizəsi vermişik.
Özü də “müqavilə”də hüquqi şəxslər arasında olan münasibətdən, yəni hüquqi ünvanı xaricdə olan xarici hüquqi şəxslərdən bəhs edilsə də, işə ümumi məhkəmə baxıb. Hüquqi şəxslər arasında olan çəkişməyə baxan Pirallahı rayon Məhkəməsi fiziki səxslərə qarşı qətnamə çıxarıb.
Bakı Apellyasiya Məhkəməsinə də qərardan şikayət versək də, şikayətimiz təmin edilməyib. Özü də bu cür məsələlər İqtisadi İnzibati Məhkəmədə həll olunmalıdır. Amma nədənsə mülki məhkəməyə müraciət olunub”.
Məsələ ilə bağlı Fikrət İbrahimovla əlaqə saxlansa da, o, "jurnalist" sözünü eşidən kimi telefonunu söndürüb.

© Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
35 d. əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
49 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
12 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
13 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
14 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
14 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU




















