Vergilər Nazirliyi göz yumacağına söz vermir
İllərdir intizamsız işləyən vergi ödəyicisi 2019-cu ildən güzəştlərdən istifadə edərək işçilərin sayını, əməkhaqqını və gəlirlərini şəffaf şəkildə göstərərsə, vergi orqanı əvvəlki illərə görə barəsində bir tədbir görəcəkmi? Bu sual bir çox sahibkarı düşündürür.
“Marja” xəbər verir ki, cavab mənfidir.
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, vergi orqanının əlində mənbəyi bəlli, əsaslandırılmış məlumat olarsa vergi ödəyicisinin vergi öhdəliyi bərpa olunacaqdır:
“Əsasladırılmamış sənəd olmadan vergi tələb edə bilmərik. Hansısa vergini tələb etmək üçün vergi orqanı bunu sübut etməlidir. Əgər sübut olunacaq qədər çox iz buraxıbsa mütləq vergi nəzarəti zamanı bu aşkarlanacaqdır, cinayət əlaməti varsa tədbirlər görüləcəkdir. Vergidənyayınma varsa, güzəştlərə baxılmayacaqdır”.
Vergilər Nazirinin müavini Sahib Ələkbərov qeyd edib ki, vergi orqanı 3 il əvvələdək olan dövrü yoxlaya bilər:
“Biz müəyyən etdik ki, bir il əvvəl vergi ödəyicisi çox ciddi qanun pozuntularınayol verib və dövlətə çatası vergiləri büdcədən yayındırıb, mənimsəyib... Bu o demək deyil ki, vergi orqanı ona göz yumacaq. Bizim imkanımız var ki, 3 il əvvələdək yoxlayaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)



