Yeni binada mənzil alanlar- “kupça”nın verilib verilməyəcəyini əvvəlcədən öyrənin
Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.
“Marja” xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür.
Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür.
Xidmətin qiyməti 10 manatdır.
Xidmətin əsas üstünlüyü ondan ibarətdir ki, istənilən şəxs seçdiyi mənzilə dair çıxarışın olub olmadığını əvvəlcədən vaxt itirmədən, onlayn formada öyrənir. Bununla da mənzil aldıqdan sonra vətəndaş və tikinti şirkətləri arasında qeydiyyat zamanı yarana biləcək problemlərin qarşısı alınır. Daşınmaz əmlaka dair çıxarışın mövcudluğundan əmin olduqdan sonra etibarlı və leqal mənzil alan şəxs gələcəkdə əmlakından rahatlıqla istifadə edə bilir. Bu xidmət vətəndaşların mənzil alarkən əlavə ünvanlara müraciətinin qarşısını alır eləcə də, vətəndaş məmur ünsiyyətini minimuma endirir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















