Məşhur Almaniya şirkəti: “Azərbaycan bazarında illik satışımız 5-7 milyon manatdır”

“Azərbaycanda “Humana” məhsullarının illik satış həcmi 5-7 milyon manat civarındadır”.
Bunu “Marja”ya Almaniyanın “DMK Baby” şirkətinin Beynəlxalq Bazarlar üzrə direktoru Olivier Vavasseur bildirib.
İlk öncə qeyd edək ki, “DMK Baby” şirkəti Almaniyanın “DMK Group” şirkətinə daxildir. “Humana” brendi “DMK Group” şirkətinə məxsusdur.
Olivier Vavasseur bildirdi ki, Azərbaycanda gizli iqtisadiyyatın leqallaşdırılması istiqamətində görülən işləri, Vergilər Məcəlləsinə edilmiş son dəyişiklikləri müsbət qiymətləndirirlər:
“Bazarda haqsız rəqabət olduqda qanuni işləyərək satışı artırmaq çətinləşir. “Humana” Azərbaycan bazarında da qanuni əsaslarlarla fəaliyyət göstərir, hər bir qutu məhsulun vergisi ödənilir. Qanunverciliyə edilən düzəlişlər, Vergilər Nazirliyinin haqsız rəqabətə qarşı mübarizəni gücləndirməsi bizi sevindirir.Ümid edirik ki, atılan addımlar bazarda bərabər şərtləri təmin edəcəkdir. Həmçinin, tətbiq edilən güzəştlər azərbaycanlı ailələrin gəlirlərinə müsbət təsir göstərəcəkdir və yüksək keyfiyyətli körpə qidaları almaq barədə daha çox valideyn düşünəcəkdir”.
Əvvəllər “Humana”nın Azərbaycanda bazar payı 60% cıvarında olsa da hazırda 5%-i keçmir. Səbəb rəqib brendlərin əsasən haqsız yollarla bazarda üstünlük təmin etmələridir. “Humana” haqsız rəqabətə son qoyulması və valideynlərin məlumatlılıq səviyyəsi yüksəldiyi halda Azərbaycan bazarında satışlarının artacağını gözləyir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Olivier Vavasseur əlavə edib ki, 2019-cu ilin Fevral ayında “DMK Group” şirkəti Almaniyanın Strükxauzen şəhərində yüksək texnologiyalı "Humana" uşaq qidaları zavodunu işə salıb. 145 milyon avro sərmayə hesabına qurulmuş bu müəssisənin işə düşməsilə daha təhlükəsiz və keyfiyyətli “Humana” məhsulları istehsal olunur. İnəklərdən sağılan süd maksimum 2 saat ərzində istehsala verilir. Çiy südün son məhsula çevrilməsi isə 48 saatdan çox çəkmir. Bu tələblər təhlükəsiz və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
"Zavod ekoloji təmiz ərazidə yerləşir. Belə ki, zavodun hər tərəfi yaşıllıqdır və ətraf ərazilərdə bizim fermalarımız yerləşir. “DMK Group” südü yalnız əməkdaşlıq etdiyi 8300 fermerdən alır",- Olivier Vavasseur dedi.
Şirkətin rəsmisi əlavə etdi etdi ki, “Humana” uşaq südləri yalnız Almaniyada istehsal olunur. Bu südlərin başqa ölkədə istehsalı mövcud deyil: "Afrikada da, Azərbaycanda da satılan "Humana" uşaq südləri Almaniyada istehsal olunur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
48 d. əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
2 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
3 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
4 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 4 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
