Mərkəzi Bank qiymətləri artıra biləcək riskləri açıqlayıb
Azərbaycan Mərkəzi Bankı inflyasiya üçün riskləri açıqlayıb.
Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri haqqında" açıqlamasında qeyd edilib ki, İdarə Heyətinin monetar siyasətə həsr olunmuş son iclasından bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Sabitləşdirici amillərə antiinflyasion monetar şərait, profisitli tədiyə balansı şəraitində məzənnənin dayanıqlığı və faktiki inflyasiya səviyyəsində möhkəmlənən inflyasiya gözləntiləri aiddir.
Bununla belə xarici və daxili risk amilləri də qalır. Xarici amillərə qlobal iqtisadi artımın səngiməsinin enerji daşıyıcıları qiymətlərinə mümkün təsirləri, dünya ərzaq bazarlarında bahalaşma meylinin davam etməsi, ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya və məzənnə dəyişkənliyi ilə bağlı qeyri-müəyyənliklər aiddir. Beynəlxalq Valyuta Fondu cari ilin aprelində 2019-cu ilə qlobal iqtisadi artım proqnozunu yanvar hesabatı ilə müqayisədə azalma istiqamətində təshih etmişdir.
Daxili amillərə isə başlıca olaraq fiskal stimulların istehlak bazarına və monetar sektora təsirləri, ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə təklif şokları və kredit aktivliyinin bərpasının kredit ekspansiyasına keçməsi aiddir. Cari ildə və orta müddətli dövrdə fiskal siyasətin sabitliyi davamlı qiymət sabitliyinin və məzənnənin dayanıqlığının əsas şərtlərindən biri olaraq qalır.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Həmçinin açıqlamada qeyd edilib ki, aon proqnozlar 2019-cu ilin qalan dövründə də inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.
2019-cu ilin mart ayında 12 aylıq inflyasiya 2.5% təşkil etmişdir və bu, hədəf çərçivəsinin aşağı həddinə yaxındır. İllik inflyasiya başlıca olaraq pullu xidmətlərin qiymət-tarif dinamikasından təsirlənir (3.7%), uyğun olaraq illik inflyasiyanın artımının təxminən yarısı bu amilin payına düşür. Ərzaq (2.3%) və qeyri-ərzaq qiymətlərinin (1.3%) dinamikası ümumi inflyasiya dinamikasından aşağıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























