Yapı Kredi Bank Azərbaycan-da Kompensasiyaların verilməsi yekunlaşmaq üzrədir!
(®) Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq problemli kreditlər üzrə kompensasiyaların köçürülməsinə aprel ayının 23-dən etibarən başlanmışdır.
Məlumat üçün bildirmək istərdik ki, kompensasiya məbləği 500 AZN-dən çox olan müştərilərimizin 95%-i, kompensasiya məbləği 500 AZN-dən az olan müştərilərimizin isə 82%-i öz kompensasiyalarını artıq əldə ediblər.
Xatırladaq ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçirilir. “Yapı Kredi Bank Azərbaycan” QSC bu prosesi mərhələli şəkildə, müştərilərin rahatlığını təmin etməklə həyata keçirir. Belə ki, müştərilərin vaxtına qənaət etmək üçün “Yapı Kredi Bank Azərbaycan” QSC kompensasiya ödənişinin veriləcəyi tarixi və filialın adını əvvəlcədən hər bir müştəriyə SMS və ya zəng vasitəsilə bildirir. Qeyd olunan filiala müvafiq tarix və saatda gəlməklə müştərilər vəsaitləri vaxt itirmədən, sürətli şəkildə əldə edirlər. Filiala yaxınlaşarkən etibarlı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.
Əlaqə məlumatlarını dəyişmiş müştərilərimizdən xahiş edirik ki, *0444 nömrəli Telefon Mərkəzinə zəng edərək, bu barədə məlumat versinlər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
15 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























