"İcbari tibbi sığorta üçün hazırlıq mərhələsi uğurlu olub"
"Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənəcək".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.
"Üç ilə yaxındır ölkənin 3 bölgəsində İcbari tibbi sığorta pilot layihə kimi tətbiq olunur. İcbari tibbi sığorta üzrə qiymətləndirilməsi aparılıb və qiymətləndirmələrə görə, Azərbaycan hökümətinin daha keyfiyyətli səhiyyə xidmətləri və ehtiyatlarının daha yüksək məhsuldarlığı ilə bağlı gözləntiləri realdır. Səhiyyə sahəsində cibdən ödənişləri azaltmaqla səhiyyə sahəsinin məhsuldarlığını və səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq mümkündür. İcbari tibbi sığorta üçün hazırlıq mərhələsi uğurlu olub və Azərbaycan səhiyyənin maliyyələşdirilməsi layihəsinin həyata keçirilməsinə hazırdır", - Z.Əliyev əlavə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














