Bakı israillilərin ən çox səfər etdiyi on şəhər siyahısında yer alıb

İsrail vətəndaşlarının 2019-ci ilin yanvar-iyul ayları ərzində ən çox səfər etdiyi xarici ölkə şəhərlərinin siyahısı açıqlanıb.
Bu barədə məlumatı İsrailin nüfuzlu gündəlik qəzeti “Ynet” ölkənin “Amadeus” şirkətinə istinadən açıqlayıb.
Şirkətin məlumatına görə, Bakı 2018-ci ilə nisbətdə 29 faiz artımla İsrail vətəndaşlarının ən çox üz tutduğu şəhərlər sırasında ilk onluqda yer alıb.
İlk onluğa həmçinin Rusiya, Gürcüstan, Bolqarıstan, Kipr və Yunanıstanın şəhərləri də daxildir.
Azərbaycan Turizm Bürosu 2019-cu ilin əvvəlindən etibarən israilli turistləri hədəfləyən kampaniya həyata keçirir.
Belə ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti bu ilin fevralın 12-13-də Təl-Əviv şəhərində təşkil olunmuş “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi təmsil edib.
İsrail mediası üçün Azərbaycana iki infotur təşkil edilib ki, bu infoturlarda da İsrailin “Laisha”, “Walla!”, “Israel Today”, “Yediot Achronot”, “Passport-Globes”, “Lametayel”, “Mako” kimi tanınmış kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
İyul ayından başlayaraq İsrailin 3500 turagentindən ibarət məlumat bazasına Azərbaycan haqqında aylıq elektron bülletenlər göndərilməyə başlanılıb.
Aylıq 1,4 milyon istifadəçisi olan və səyahətçilər arasında məşhurluğu ilə tanınan “Lametayel” jurnalında Azərbaycan haqqında geniş məqalə dərc edilib, eyni zamanda jurnalın sosial şəbəkələrdəki hesablarında ölkəmizin turizm potensialını təbliğ edən video və fotolar paylaşılıb. Bundan əlavə, Azərbaycan Turizm Bürosu davamlı olaraq sosial şəbəkə hesablarında İsrail bazarına hədəflənmiş paylaşımlar yerləşdirir və reklam siyasəti aparır.
Qeyd edək ki, 2018-ci ildə İsraildən Azərbaycana gələnlərin sayı 40 min 82 nəfər təşkil edib. Bu ilin yanvar-iyul aylarında isə Azərbaycana 24 min 464 İsrail vətəndaşı səfər edib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
