Azərbaycanın gömrük postunda TIR tıxacı
Son iki gün ərzində ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsidir.
"Qeyd edək ki, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır.
Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətindəhər hansı problem yoxdur",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 16 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















