Ölümcül virusun yayılması nə üçün neftin ucuzlaşmasına səbəb olur?
Xəbər verdiyimiz kimi Çinin Vuhan şəhərində peyda olmuş ölümcül koronavirus (nCoV) dünyaya yayılır. Artıq bu virusa yoluxanların 17-si dünyasını dəyişib.
"Marja" xəbər verir ki, Çin rəsmiləri, təxminən 9 milyon əhaliyə malik Vuhan şəhərdəki vətəndaşlara şəhərdən çıxmamaları xəbərdarlığını ediblər.
"nCoV" ortaya çıxdığı yerə görə "Vuhan virusu" da adlandırılır. Yeni koronavirus, tənəffüs, asqırma və öskürmə vəziyyətlərində hava yolu ilə yayılır.
"nCoV"un ilk əlamətləri yüksək qızdırma, boğaz ağrısı, öskürək, nəfəs darlığı, tənəffüsdə çətinlik və ishaldır. Xəstəlik sonradan sətəlcəm və böyrək çatmazlığına səbəb olur, nəhayət ölümlə nəticələnir.
Bəs bu virusun yayılması nə üçün neftin ucuzlaşmasına səbəb olur?
Çində koronavirus, xüsusilə yüz milyonlarla çinlinin Ay təqviminə görə Yeni il tətili üçün həm ölkə daxilində, həm də beynəlxalq səyahətə çıxmağa hazırlaşdığı bir ərəfədə ortaya çıxıb. Bu virus səbəbindən insanlar səyahətlərini təxirə sala və nəticədə ucuşlara tələbin olmaması ilə təyyarələr üçün də yanacaq alışları da azala bilər. Yanacağa tələbin azalması neftə də tələbin azalması deməkdir, bu səbəbdən virus haqqında xəbərlər neft qiymətlərinə də təsir edir.
Qlobal investisiya bankı "Goldman Sachs Group"a görə, Çində ortaya çıxan ölümcül virus 2003-dəki SARSIT epidemiyası kimi bir hal alarsa, neft qiymətləri bundan mənfi təsir görəcək. Banka görə, aviasiada istifadə edilən yanacağın alışları azalacaq.
Goldman-a görə, virus 2020-ci ildə neftə gündəlik tələbi 260,000 barel azalda bilər. Bank, bu azalmanın ehtimalla neft qiymətlərinin 2.90 düşməsinə səbəb biləcəyi proqnozunu verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









