Ağstafa üçün pul ayrıldı
Prezident İlham Əliyev "Ağstafa rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla Ağstafa rayonunun əhalisi 23 334 nəfər olan 9 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Ağstafa rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Sıra №-si | Yaşayış məntəqələri | Quyuların sayı, ədəd | Əhalinin sayı, nəfər |
| Aşağı Göycəli kəndi | 1 | 2501 |
| Dağ Kəsəmən kəndi | 1 | 7476 |
| Göycəli kəndi | 1 | 2725 |
| Xılxına kəndi | 1 | 1125 |
| Kolxəlfəli kəndi | 1 | 1456 |
| Qarahəsənli kəndi | 1 | 1622 |
| Muğanlı kəndi | 1 | 2948 |
| Pirili kəndi | 2 | 1234 |
| Tatlı kəndi | 1 | 2247 |
Cəmi | 10 | 23 334 | |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
4 d. əvvəl
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
- 16 d. əvvəl
- 21 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanda vençur kapitalı fondlarına dair ümumi müddəalar müəyyənləşir
-
54 d. əvvəl
“İrşad”-da yay mövsümünə özəl böyük “Yaşıl Cümə” kampaniyası start götürdü
-
58 d. əvvəl
Azərbaycan “Mobile Connectivity Index” hesabatında 2 pillə irəliləyib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
-
1 saat əvvəl
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
Ən çox oxunanlar
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İnterneti sürətli və zəif olan provayderlər - SİYAHI
PAŞA Bank-ın rəhbər heyəti Londonda keçirilən Strateji Liderlik Sammitində iştirak edib
Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
İyunun 18-də gözlənilən hava şəraiti
























