Azercell-in abunəçi sayı 5 milyonu keçdi
Azercell ailəsi artıq 5 milyon döyünən ürək deməkdir! Lider operator 5 milyonuncu abunəçisini təbrik etdi!
(®️) Ötən ilin iyun ayında yeni brend kimliyini təqdim edən və fəaliyyətinin yeni dövrünə qədəm qoyan “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq, innovativ və rəqəmsal həllərlə həyatlarını asanlaşdırmaq istiqamətində təşəbbüslərini davam etdirir. Məhz bu səylərin nəticəsi olaraq ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilən Azercell-in abunəçi sayı artıq 5 milyonu keçib.
Azercell şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev olub.
Ölkənin lider mobil operatoru Azercell ailəsinin 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşılayıb. Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə edib.
Şirkət üçün bu tarixi hadisənin pandemiya dövründə baş verməsi də təsadüfi deyil. Dünyanı bürüyən qlobal gərginlik zamanı xalqın yanında olan lider mobil operatorun məhz indi 5 milyonuncu müştərisini qarşılamağı, onun düzgün müştəriyönümlü siyasət həyat keçirdiyini və abunəçilərin etibarını qazanmağa müvəffəq olduğunu növbəti dəfə sübut etdi. Bu çətin müddət ərzində müştərilərinə gücləndirilmiş iş rejimində xidmət etməklə yanaşı, Azercell şirkəti, həmçinin ölkədə iqtisadi sabitliyin qorunması və sosial rifahin yüksəldiməsinə yönəlmiş bir sıra layihələrə imza atdı. Şirkət öz müştəriləri ilə digər operatorların abunəçiləri arasında fərq qoymadan pandemiyanın ilk günlərindən etibarən həm mobil xidmətlərə aid müxtəlif dəstək aksiyaları həyata keçirdi, həm də ölkəmizdə həssas kateqoriyaya aid olan on mindən çox aztəminatlı ailəyə ərzaq yardımı paylayıb.
Abunəçilərinin etibarını yüksək qiymətləndirən “Azercell Telekom” MMC bundan sonra da işgüzar fəaliyyətini şəffaflıq prinsipləri üzərində quraraq kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiqi, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan edilməsi istiqamətində çalışacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
5 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
6 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
6 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
7 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 7 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
