NAZ: Ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaranmışdı
“Naz Lifan”ın istehsalı dayandırması ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır”. Bunu açıqlamasında Naxçıvan Avtomobil Zavodunun direktoru Musa Abdullayev deyib.
Onun sözlərinə görə, Çində Lifan zavodunda aparılan yenidən qurma ilə bağlı ehtiyat hissələrinin gətirilməsində müəyyən çətinliklər yaranmışdı. Amma bu istehsalın dayanması anlamına gəlmir.
O bildirib ki, hazırda Naxçıvan Avtomobil Zavodu “Naz Lifan 620” modellərinin yığılmasının davam etdirir. Sonrakı dövrdə zavodda “Naz Lifan X60” və “Naz Lifan 650” modellərinin istehsalı planlaşdırılır.
Xəbər verdiyimiz kimi, Azərbaycanda yeganə minik avtomobilləri istehsalçısı Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı dayandırıb. Bu, Dövlət Statistika Komitəsinin hesabatından məlum olur.
Hesabata görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmayıb. Səbəb, anbardakı avtomobillərin satılmaması ola bilər. Belə ki, 01.04.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 119 ədəd minik avtomobili təşkil edib.
2017-ci ilin yanvar-mart aylarında 67 ədəd traktor, 770 ədəd xüsusi təyinatlı kommunal maşınlar istehsal edilmişdir. Birinci rübdə ölkəmizdə yük avtomobilləri də istehsal olunmmışdır. Traktor, kommunal maşınlar Gəncə Avtomobil Zavodunda istehsal olunur.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu "NAZ-Lifan" markalı minik avtomobilləri istehsal edir. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Əlavə edək ki, Azərbaycanda avtomobil satışları kəskin azaldığından idxal da minimuma düşüb.
© Fins.az, Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 6 d. əvvəl
-
- 8 d. əvvəl
- 17 d. əvvəl
-
31 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti





























