Hökumətdə koronavirusla mübarizənin vəziyyəti müzakirə olundu
İyunun ortalarından başlayaraq ölkəmizdə “Covid-19”-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edirBu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.
Qeyd olunub ki, iyunun ortalarından başlayaraq ölkəmizdə “Covid-19”-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.
Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.
Baş Nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.
Müşavirədə problemlər də müzakirə olunub və Baş Nazir müvafiq tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)





