AQTA ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış etdi
AQTA koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə bağlı ictimai iaşə müəssisələrinin sahiblərinə çağırış edib.
Müraciətdə deyilir:
Hazırda ölkədə koronavirusa (COVID-19) yoluxmada artan statistika müşahidə edilir. Əfsuslar olsun ki, bu dövr ərzində Agentlik tərəfindən aparılan monitorinqlər zamanı bir sıra sahibkarların qaydalara əməl etməməsi faktları aşkar olunmuş, müvafiq inzibati cərimələr tətbiq edilmişdir. Agentlik monitorinq qruplarının sayını və tədbirlərinin intensivliyini artırmaqla yanaşı, əlavə sərtləşdirilmiş nəzarət tədbirləri həyata keçirir.
Monitorinqlər ictimai iaşə obyektlərində karantin dövründə müştəri qəbulu, eləcə də qida məhsullarının ticarəti və ictimai-iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərində koronavirusun profilaktikasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 iyul 2020-ci il tarixli 237 və 1 may 2020-ci il tarixli 160 nömrəli qərarları ilə təsdiq edilmiş metodiki göstərişlərə əsasən aparılır.
Agentliyin internet səhifəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə ilə bağlı xüsusi bölmə yaradılmış, sahibkarlar və istehlakçılar üçün bütün lazımi məlumatlar orada ictimailəşdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 237 saylı Qərarına edilmiş dəyişikliklərə əsasən, sahibkarlar təsdiq edilmiş qaydalara daha ciddi əməl etməli, müvafiq məsul şəxs təyin etməlidirlər. Bu Qərardan irəli gələn tələblər yerinə yetirilmədikdə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Eyni zamanda, interaktiv məlumat mübadiləsinin təmin olunması üçün həmin məsul şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim olunmalıdır.
Agentlik tərəfindən qida təhlükəsizliyi qeydiyyatından keçmiş sahibkarların şəxsi kabinetləri vasitəsilə ictimai iaşə müəssisələri üzrə məsul şəxslər haqqında lazımi məlumatların təqdim edilməsi üçün müvafiq bildirişlər sahibkarlara göndərilmişdir. Qida təhlükəsizliyi qeydiyyatına alınmamış sahibkarlar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7.3 bəndinə uyğun olaraq, öz obyektlərinin qeydiyyata alınmasını və qanunun tələblərinin yerinə yetirilməsini təmin etməlidir.
Nəzərə almaq lazımdır ki, qeydiyyatsız fəaliyyət göstərmək qanuna ziddir və monitorinqlər zamanı belə müəssisələr aşkar edilərsə, fəaliyyətlərinin qanuna müvafiq olaraq məhdudlaşdırılması məsələsinə baxılacaqdır.
Agentlik sahibkarları mövcud qaydalara əməl etməyə, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin artırılması istiqamətində səylərini gücləndirməyə çağırır.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
3 saat əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
AZAL Bakı–Şımkent marşrutu üzrə uçuşlara başlayıb
Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
Ən çox oxunanlar
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
İyunun 17-də gözlənilən hava şəraiti
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə






















