2020-ci ildə “AccessBank” ölkənin 15 bölgəsində sahibkarlara dəstək olub
(®️) “AccessBank”, korporativ və sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq, bizneslərini qurmaq istəyən sahibkarlara bu il də dəstək oldu. Özünüməşğulluq proqramından ailə biznesini qurmaq istəyənlər, fiziki imkanları məhdud şəxslər və şəhid ailələrinin üzvləri olan sahibkarlar yararlandı. “AccessBank” gələcəyin sahibkarlarına biznesləri üçün zəruri olan avadanlıqları alaraq ianə etdi. Layihədən 15 bölgədən 27 sahibkar yararlana bildi. Özünüməşğulluq lproqramı Bakı və Abşeron da daxil olmaqla Sumqayıt, Gəncə, Ağdam, Mingəçevir, Yevlax, Qazax, Qusar, Salyan, Lənkəran və Astarada yaşayan sahibkarları əhatə etdi. Dəstək almış sahibkarlar sırasında dizaynerlər, musiqiçilər, fotoqraflar, gözəllik salonu sahibləri və s. yer aldı.
“AccessBank” cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır.
“Ölkədə özünüməşğulluğun inkişafına dəstək olmaq bizim üçün çox vacibdir: bu, mikro sahibkarlığı stimullaşdırmaqla yanaşı, işsizlik səviyyəsinin daha da azalmasına və bölgələrin inkişafına təkandır. Ümid edirik ki, bu layihə çərçivəsində yardım etdiyimiz sahibkarlar tezliklə bizneslərini inkişaf etdirmək və yeni əməkdaşlar cəlb etmək üçün bizə müştəri qismində müraciət edəcəklər.”- deyə “AccessBank”ın İdarə Heyəti sədrinin birinci müavini Yevgeniya Qaşikulina vurğuladı.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








