Hindistan onlarla ölkəyə koronavirus peydəndinin ixracını dayandırdı
Ölkənin Serum İnstitutu ÜST-ün beynəlxalq “Covax” sxemində ən böyük təchizatçıdır.Dünyanın ən böyük peyvənd istehsalçılarından olan Hindistan bugündən etibarən koronavirus pandemiyasının ikinci dalğası səbəbindən ölkədən xaricə vaksin ixracına qadağa qoyub. Beynəlxalq peyvənd istehsalında lider olan Hindistanın Serum İnstitutu hökumət tərəfindən ona ən azı iki-üç aylıq bütün təchizatları dondurmaq göstərişi verildiyini bildirib.
Şübhəsiz ki, bu qərar yoxsul ölkələri 2021-ci ildə ən azı 2 milyard doza peyvəndlə təmin etmək öhdəliyi götürən Ümümdünya Səhiyyə Təşkilatının koronavirus peyvəndinin istehsalına dair “Covax” proqramına ciddi zərbədir. Serum İnstitutu 2021 və 2022-ci illərdə 550 milyon Oksford-AstraZeneca vaksininin və 550 milyon ədəd Novavax peyvəndinin təchizatına dair müqavilə imzalayıb. Bu isə müəssisənin illik istehsal gücünün 80%-i deməkdir.
Hindistan koronavirus infeksiyasının yeni dalğasının gücləndiyi şəraitdə aprelin 1-dən etibarən 45 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə start verir. Ötən sutka ölkədə 53 min günlük yoluxma faktı qeydə alınıb ki, bu da 2020-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir. Hazırda Hindistan 11,8 milyon nəfər yoluxan və 161 min ölüm sayı ilə dünya sıralamasında 3-cü yerdə qərarlaşıb.
Hələlik AstraZeneca, Novavax və ÜST məsələ ilə bağlı şərh verməkdən imtina edib. Məlumatlar yeniləndikcə əlavə informasiya təqdim ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)










.jpg)



