Azərbaycanın ən böyük özəl bankının işçilərinin sayı artıb
2020-ci ilin sonunda, aktivlərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankı olan PAŞA Bank və onun törəmə banklarında (PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 1312 nəfər çalışıb.
Marjanın məlumatına görə, PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, ötən il ərzində işçilərin sayı 30 nəfər artıb.
2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ildə PAŞA Bank Azərbaycanın işçilərinin sayı 54 nəfər artaraq 939 nəfərə çatıb. PAŞA Bank Türkiyənin işçilərinin sayı (56 nəfər) dəyişməyib, PAŞA Bank Gürcüstanın işçilərinin sayı isə 24 nəfər azalaraq 317 nəfərə geriləyib.
Ötən il PAŞA Bank qrupunun işçilər üzrə xərcləri 20% artaraq 69 milyon 277 min manat təşkil edib. Bank 2019-cu ildə işçiləri üçün 57 milyon 568 min manat xərcləmişdi.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















