Bank BTB-də yeni vakansiyalar və təcrübə proqramları!
(®️) Bank BTB yüksək səviyyəli kadr siyasətinə sadiq qalaraq davamlı inkişaf etməkdədir. Belə ki, hazırda bankda bir neçə aktiv vakansiya mövcuddur.
Bank BTB-də karyerasını qurmaq arzusunda olan, bilik və bacarıqlarına güvənən şəxslər aşağıdakı vakansiyalar üzrə müraciət edə bilərlər:
1. Müştəri xidmətləri şöbəsi - Aparıcı/Baş Mütəxəssis
İş barədə məlumat:
• Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
• Bank tərəfindən təqdim edilən bank məhsul və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
• Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesablarını müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
• Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
• Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edib, düzgün tərtib olunmasını yoxlamaq;
• Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
• Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
• Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
Komandada işləmək bacarığı;
Stresə davamlılıq;
Operativlik;
Ünsiyyət qurma bacarığı;
Dil bilikləri: Azərbaycan və rus dili mükəmməl olmalı, ingilis dili arzu olunandır;
Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).
2. Biznes kreditlər üzrə Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis
İş barədə məlumat:
• Departament tərəfindən müəyyən olunmuş satış üzrə planların vaxtında və tam icrasını yerinə yetirmək;
• Bankın kredit siyasəti və digər bankdaxili qaydalar və prosedurlar çərçivəsində bankın biznes kreditləşmə əməliyyatlarının həyata keçirilməsini təmin etmək;
• Biznes seqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə Banka cəlbini təşkil etmək;
• Müştərilərin kredit sifarişlərini qəbul etmək, maliyyə təhlilini aparmaq;
• Biznes kredit işlərinin hazırlanması və müvafiq Kredit Komitəsinə təqdim olunmasını həyata keçirmək;
• Özünün biznes kredit portfelinin keyfiyyətini nəzarətdə saxlayıb, kredit ödənişlərinə və kredit tarixçəsinə nəzarəti həyata keçirmək;
Namizədə tələblər:
Komandada işləmək bacarığı;
Stresə davamlılıq;
Detallara diqqət;
Analitik təhlil;
Vaxtı idarə etmək qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzu olunandır;
Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel).
Bundan əlavə, Bank BTB Biznes kreditlər və Kredit inzibatçılığı şöbəsinə ali təhsil müəssisələrini yeni bitirmiş və ya bu sahədə təcrübəsi olan, istedadlı, inkişaf yönümlü və məqsədyönlü namizədləri qeyd olunan sahələr üzrə 3 aylıq təcrübə proqramında iştirak etməyə dəvət edir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) müraciət etdikləri vəzifənin adını email-in mövzu hissəsində qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
27 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 30 d. əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















.jpg)


