Avropada elektrik enerjisi qiymətləri rekord qırdı
Avropa elektrik enerjisi qiymətləri, təbii qaz və karbon emissiyası üzrə icazə qiymətlərindəki artım ilə əlaqədar olaraq 2008-ci ildəki səviyyələri aşaraq yeni rekord qırıb.
Avropa elektrik qiymətləri göstəricisi olan Almaniya-Avstriya elektrik qiymətləri, təbii qaz və karbon emissiyası icazələrindəki qiymət artımından sonra maliyyə böhran zamanında çatdığı səviyyəni də aşaraq yeni bir rekord qırıb (xəbərin sonundakı cədvəldən ətraflı tanış ola bilərsiniz). "Citigroup" Avropada elektrik enerjisi qiymətlərinin 20% ətrafında yüksələ biləcəyini nəzərdə tutur.
Marja xəbər verir ki, epidemiyanın ağır dövrünün ardından qlobal enerji tələbindəki artım və təbii qaz bazarındakı tədarük çətinlikləri elektrik istehsal xərclərinin yüksəlməsinə səbəb olub. İsti havalar və küləklərin sürətindəki azalma bərpaolunan enerji istehsalını da azaldır. Kömür qiymətləri artan tələb ilə Avropada bu il 80%-dən çox yüksəlib.
Avropada karbon icazələrinin qiyməti 2020-nin Avqust ayından bu yana 2 dəfədən çox çox artaraq 62,50 avro olub. Avropada qaz qiymətləri (TTF) 7 dəfədən çox artıb. Təbii qaz qiymətlərinin artması kömürdən elektrik istehsalını artırıb, bu da Avropadakı karbon emissiyası icazə müqavilələrinin qiymətini artırır.
İsveçin "Jamtkraft" enerji şirkətinin baş analitiki Arne Bergvik mövzu ilə əlaqədar etdiyi qiymətləndirmədə, "Kömür geri dönür. Təbii qaz qiymətləri qışa sakit başlamalı ki artım bir az olsun yavaşlasın" demişdi.
"Bloomberg"in modelinə görə, Almaniyada kömür istifadə edən elektrik stansiyalarının dördüncü rüb əməliyyat marjası megawatt-saat başına 3 avro ətrafındaykən, təbii qaz istifadə edən elektrik stansiyalarının marjası megawatt-saat başına 12 avro ziyandır.
Avropada kömür qiymətləri bu il 80%-dən çox yüksələrək tonu 2011-ci ildən bu yana ən yüksək səviyyə olan 120 dollara çatıb.
Almaniya-Avstriya elektrik qiymətləri
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
4 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
