Avrora Qrup iki beynəlxalq sertifikat alıb: İSO 14001:2015 və İSO 45001:2018
Avrora Qrup distributor və istehsalçı şirkət kimi ölkəmizin aparıcı qida şirkətlərindəndir.
Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rollton”, “Hochland”, “Pernod Ricard”, “Diageo”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir.
Bundan başqa, şirkət bazarda həm də istehsalçı kimi tanınır. Avrora Qrupun istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Frans Haaz”, İtaliyanın “İmaforni”, “CFT”, “Favo” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Qeyd olunan fabriklərdə “Doymak”, “Lafarella”, “Günaydın”, “Tanelli” markalı makaronlar, “Doymak” və “Günaydın” markalı unlar, “Bizon” və “Go” qazlı vitaminləşdirilmiş içkilər, “Çinarlı” süfrə suyu, “Kreki” krekerləri, “Sladena” və “Borowski” peçenyeləri, “Lafarella” və “Sladok” vafliləri istehsal olunur.
Avrora Qrup istehsal müəssisələrində ətraf mühitin qorunması, əməkdaşlarının daha sağlam və təhlükəsiz şəraitdə çalışması üçün səylərini davam etdirir. Bütün bunların uğurlu nəticəsi olaraq şirkət İSO 14001:2015 “Ətraf mühiti idarəetmə sistemi” və İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəedilməsi sistemi” beynəlxalq sertifikatlarına layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


