Azərbaycanda bu il 1 milyon tondan çox kartof yığılıb
Kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci il dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 3 milyon 349,1 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz çox dənli və dənli paxlalı bitkiçilik məhsulları, o cümlədən 572,3 min hektar sahədən 1 milyon 885,4 min ton buğda yığılmışdır. Ölkə üzrə buğdanın orta məhsuldarlığı 32,9 sentner təşkil etmişdir.
Bundan əlavə, 1 milyon 39,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox kartof, 1 milyon 789,3 min ton (6,6 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 193,0 min ton (6,4 faiz çox) meyvə və giləmeyvə, 205,0 min ton (1,7 faiz çox) üzüm, 1 milyon 175,4 ton (26,2 faiz çox) yaşıl çay yarpağı, 271,8 min ton (17,2 faiz az) pambıq, 25,7 min ton (4,0 faiz çox) günəbaxan, 187,4 min ton (22,8 faiz az) şəkər çuğunduru və 6,4 min ton (2,1 faiz az) tütün yığılmışdır.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton, süd istehsalı 1,4 faiz artaraq 1 milyon 999,3 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,0 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1 milyard 687,3 milyon ədəd olmuşdur.
2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,8 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 4,8 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







