Dövlət Agentliyi və “Azerconnect” şirkəti anlaşdı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə İKT bazarında ən böyük işəgötürənlərdən biri olan “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Azerconnect” şirkətinin Baş direktoru Emil Məsimov imzalayıb.
Memoranduma əsasən, tərəflər arasında Agentliyin fəaliyyət istiqamətləri və qarşılıqlı maraq kəsb edən layihələr üzrə əməkdaşlıq qurulacaq, əmək bazarının tələblərinə uyğun işsiz və işaxtaran şəxslərin peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində “Azerconnect” şirkəti ilə əməkdaşlıq ediləcək.
Sənəddə həmçinin, korporativ sosial münasibətlərin inkişafı istiqamətində təkliflərin hazırlanması, “Məşğulluq Marafonu” çərçivəsində “Azerconnect” tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstəyin verilməsi və müvafiq fəaliyyətin həyata keçirilməsi, birgə innovativ layihələrin, tədbirlərin, forumların həyata keçirilməsi nəzərdə tutulub.
Memorandumda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması üçün Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici tədbirlər, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, aktiv məşğulluq tədbirlərinə cəlb olunan şəxslərin fəaliyyətinin dəstəklənməsi və inkişaf etdirilməsi məqsədilə “Azerconnect” şirkəti tərəfindən əlavə dəstəyin verilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin şirkətdə istehsalat təcrübəsi keçmələri və müvafiq işlə təmin olunmasına şirkət tərəfindən köməklik göstərilməsi öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
25 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 52 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
















.jpg)





