Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqladı
TARSİM nümayəndə heyəti Bakıda səfərdədirAzərbaycanda 1 il əvvəl fəaliyyətə başlayan dövlət dəstəkli və güzəştli aqrar sığorta mexanizmi həm sığorta sektorunun, həm də kənd təsərrüfatında mühüm yeniliyə çevrilib.
14 fevral 2022-ci il tarixində Aqrar Sığorta Fondunda 2021-ci ilin nəticələri və Türkiyənin TARSİM təşkilatının İdarə Heyətinin sədri Kərim Üstünün başçılığı ilə TARSİM təşkilatının rəhbərliyinin Azərbaycana səfərinə həsr olunmuş toplantı keçirilib.
Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmininin tətbiqini həyata keçirən Aqrar Sığorta Fondu 2021-ci ilin nəticələrini açıqlayıb.
Fonddan verilən məlumata görə, 2021-ci ildə toplanan sığorta haqlarının məbləği 11 milyon 261 min manata çatıb.
Əvvəlki illə müqayisədə aqrar sahədə üzrə toplanan sığorta haqları 429% artıb.
2021-ci ildə Aqrar Sığorta Fondu aqrar sığorta bazarının inkişafının əsas drayverinə çevrilib – Fondun aqrar sığorta üzrə bazar payı 92%-ə yüksəlib.
Bu dövrdə bütün ölkə üzrə 350 min hektara yaxın əkin ərazisi sığortalanıb. Bitkiçilik sığortası üzrə 6 milyon 172 min manat sığorta haqqı yığılıb. Bu – 2020-ci ildə bitkiçilik sığortası üzrə yığılan məbləğlə müqayisədə 674 dəfə artıqdır. Əkinlərə verilən aqrar sığorta təminatının ümumi məbləği 336 milyon manat təşkil edib.
Ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq, üzüm və fındıq sahələri olub.
Ötən il Aqrar Sığorta Fondu tərəfindən 18 836 baş heyvan sığortalanıb, toplanmış sığorta haqqının məbləği 5 milyon 89 min manat təşkil edib. Bu – 2020-ci illə müqayisədə 213% artıqdır. Heyvandarlıq sığortası üzrə verilən sığorta təminatının həmci 59 milyon m anata yüksəlib.
2021-ci ildə aqrar sığorta üzrə 152 min manat sığorta ödənişi həyata keçirilib. Ödənişlərin 29 min manatı bitkiçilik, 123 min manatı heyvandarlıq sığortası üzrə edilib.
Fevralın 14-18 tarixlərində Türkiyə Respublikasının Kənd Təsərrüfatı sığortaları sistemi – TARSİM-in TARSİM İdarə Heyətinin sədri Kərim Üstünün rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanda səfərə gəlib.
Nümayəndə heyətinə TARSİM İdarə Heyətinin sədr müavini Mete Güler, TARSİM İdarə Heyətinin Üzvü və Baş Meneceri Serpil Günal, TARSİM İdarə Heyətinin üzvü Bekir Engürülü və TARSİM baş direktor müavini Tufan Özel də daxildir.
Səfərdə məqsəd Azərbaycanda TARSİM-in dəstəyi və təcrübəsindən istifadə etməklə yaradılan aqrar sığorta mexanizminin fəaliyyəti ilə tanışlıq, sistemin fəaliyyətə başlamasından ötən müddət ərzində əldə edilən nəticələrin təhlili, təcrübə mübadiləsi, eləcə də Azərbaycanın bu təcrübəsinin başqa ölkələrdə tətbiqi imkanlarını müzakirə etməkdir.
Səfər zamanı TARSİM rəhsmiləri Kənd Təsərrüfatı Nazirliyində, Aqrar Sığorta Fondunda görüşlər keçirəcək, aqrar sığortanın kənd təsərrüfatında rolu ilə bağlı müzakirələr aparacaqlar.
15 fevral 2022-ci il tarixində TARSİM rəhbərliyinin Azərbaycan Mərkəzi Bankında bank və sığorta sektorunun təmsilçiləri ilə görüşü keçiriləcək.
Səfər zamanı, fevralın 16-17-də TARSİM rəhbərliyi Gəncə şəhərinə gedərək Azərbaycan Dövlət Aqrar Universitetində təşkil edilmiş tədbirdə iştirak edəcək, eləcə də 2020-ci il 2-ci Qarabağ müharibəsi zamanı həlak olan Gəncə sakinlərinin xatirəsini yad edəcək.
17 fevral tarixində isə Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edərək rayonun kənd təsərrüfatı imkanları və Ağalı kəndində həyata keçirilən «Ağıllı kənd» layihəsi ilə tanış olacaqlar.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
48 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
5 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb



















