Rusiya Müdafiə Nazirliyi Kiyevdəki binanın vurulmasını təkzib edib
Rusiyanın xəbər agentliklərinin Müdafiə Nazirliyindəki mənbələri Kiyevdə yaşayış binasının Ukrayna silahlı qüvvələrinin "Бук-М1" kompleksinin raketi ilə vurulduğunu bildiriblər.Rusiyanın Kiyevdə yaşayış binasına raket zərbəsi endirməsi xəbərləri həqiqətə uyğun deyil".
Marja xəbər verir ki, bu barədə TASS, RİA Novosti və İnterfaks Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıblar.
Mənbələrə görə, Lobanovski prospektindəki binaya dəymiş ziyanın xarakteri binaya zenit raketinin düşməsindən xəbər verir.
“İnterfaks” agentliyinin mənbəsi iddia edir ki, bina Ukrayna Silahlı Qüvvələrinin “Бук-М1” kompleksindən raketlə vurulub.
Ukraynanın Fövqəladə hallar üzrə Dövlət Xidməti Lobanovski prospektindəki evin 17-18-ci mərtəbələrinə mərmi düşdüyünü bildirib. Xidmətdən bildirilib ki, ölən olmayıb, xəsarət alan olmayıb, sakinlər təxliyə edilib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, binaya raket düşüb.
Fevralın 24-də səhər saatlarında Rusiya Ukraynada hərbi əməliyyata başlayıb və prezident Vladimir Putin bu əməliyyatın məqsədini ölkənin “demilitarizasiyası” adlandırıb. Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbçiləri mülki hədəflərə zərbə endirmir, onların hədəfləri yalnız hərbi infrastruktur obyektləridir.
Ertəsi gün Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin yaşayış məntəqələrinin “bombardman edildiyini” açıqlayıb.
TASS və RİA Novosti də Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər veriblər ki, Rusiya hərbçiləri Ukrayna paytaxtına zərbə endirməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin







.jpg)









.jpg)

