970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

"ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır"

Kreml sözçünün sözlərinə görə, dünya enerji bazarlarında vəziyyət təlatümlü şəkildə inkişaf edir
iç səhifə xəbər başlığı altı (mobil)_31
"ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ faktiki olaraq Rusiya ilə iqtisadi müharibə aparır.  

"ABŞ, əlbəttə ki, Rusiyaya iqtisadi müharibə elan edib və onlar bu müharibəni aparırlar. Bəli, de-fakto belədir", - Kremlin sözçüsü bildirib.

ABŞ-ın bütün dünyanı Rusiyaya qarşı sanksiya təzyiqinə cəlb etməyə çalışdığını nəzərə alsaq, Moskvanın bu müharibədə uduzmaması üçün hansı imkanların olması ilə bağlı sualı cavablandıran Peskov deyib ki, "biz maraqlarımıza ən uyğun olanı etməliyik”.

Rusiya Prezidentinin mətbuat katibi Rusiyanın hansı sahələrdə cavab sanksiyaları tətbiq edə biləcəyini açıqlamayıb. O, "Sualınızı cavabsız qoyacam. Xeyr, hələlik heç bir təfərrüat verə bilmərəm" deyib.

Peskovun sözlərinə görə, dünya enerji bazarlarında vəziyyət təlatümlü şəkildə inkişaf edir və onun “hansı turbulentliyə çatacağı” məlum deyil.

"Biz enerji bazarlarında vəziyyətin kifayət qədər təlatümlü inkişaf etdiyini görürük. Hamımız birlikdə bilmirik ki, nə dərəcədə turbulentliyə çatacağıq", - Kreml sözçüsü bildirib.

“Şimal axını 2”ni “metal yığını” adlandıran Nulandın sözlərini şərh edən Peskov “Şimal axını 2” qaz kəməri “metaldır, lakin istifadəyə hazırdır” deyib.

09.03.2022 17:35
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19