“AZAL” Bakıdan Antalya şəhərinə uçuşların sayını artırır - HƏFTƏDƏ 19 REYS
Azərbaycan Hava Yolları” aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.
"Azərbaycan Hava Yolları"QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, iyulun 2-dən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.
Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artırılaacaq.
Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar, “Azərbaycan Hava Yolları” tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.
Bakıdan Antalyaya uçuşlar saat 14:30-da (bazar ertəsi və cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) həyata keçiriləcək.
Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)






