Azərbaycanda elektron ticarət vasitəsilə nağdsız ödənişlərdə çox böyük artım!
2022-ci ilin may ayında Azərbaycanda ödəniş kartları ilə nağdsız ödənişlərin həcmi 1 milyard 810 milyon manat təşkil edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ilə nağdsız ödənişlərin həcmi aprel ayı ilə müqayisədə (1 milyard 659 milyon manat) 151 milyon manat və ya 9,1% artıb.
2022-ci ilin ilk 5 ayında ödəniş kartları ilə ölkə daxilində nağdsız ödənişlərin həcmi 7 milyard 842 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. 2021-ci ilin ilk 5 ayında ölkə daxilində nağdsız ödənişlərin həcmi 3 milyard 497 milyon manat təşkil etmişdi.
Xüsusilə, elektron ticarət vasitəsilə ödənişlərin həcmində artım müşahidə edilr. 2022-ci ilin yanvar-may dövründə ATM-lər ilə 11 milyon manatlıq, POS-terminallar ilə 2 milyard 10 milyon manatlıq, elektron ticarət vasitəsilə 5 milyard 821 milyon mantlıq nağdsız ödənişlər aparılıb. 2021-ci ilin eyni dövründə ATM-lər ilə 19 milyon manatlıq, POS- terminallar ilə 1 milyard 437 milyon manatlıq, elektron ticarət vasitəsilə 2 milyard 41 milyon manat nağdsız ödənişlər həyata keçirilmişdi. Göründüyü kimi, elektron ticarət vasitəsilə nağdsız ödənişlər 2,9 dəfə artıb.
May ayında nağdsız ödənişlər elektron ticarət vasitəsilə 1 milyard 373 milyon manat təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək aylıq həcmdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır




















.jpg)




