AZAL-ın təyyarəsi Zəngilan Hava Limanına eniş icra etdi
Sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirmiş və Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enmişdir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumata görə, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib.
“Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub. Dövlət başçısının yaxın günlərdəki bəyanatına əsasən, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının uçuş-enmə zolağı istifadəyə verilib. Əlverişli coğrafi mövqeyi nəzərə alaraq Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da bütün yüksək dünya standartlarına və tələblərinə cavab verir”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Qeyd etməliyik ki, Zəngilan hava limanında uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3000 metr və 60 metrdir. Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilmişdir.
Perronun sahəsi 60 min kvadrat metrdir.
Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş ikinci hava limanıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Dolların beynəlxalq ödənişlərdəki payı 2023-cü ildən bəri ilk dəfə 50% səviyyəsini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
-
2 saat əvvəl
AZAL pərakəndə satış üzrə NDC strategiyasının inkişafı üçün “Accelya” ilə əməkdaşlığa başlayır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aeroportların tikintisi üçün torpaq alınması dövlət ehtiyacı sayılacaq
-
4 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
4 saat əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
OpenAI-nin Baş direktoru 50 milyard dollarlıq investisiya turunda
Əliyevlə Tramp arasında görüş keçirilib
Unibank sahibkarlar üçün yeni kampaniya keçirir
Ən çox oxunanlar
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Yanvarın 23-də gözlənilən hava şəraiti
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib





















