"İlon Maskın satın aldığı “Tvitter” dünyaya yalanlar püskürür"
ABŞ Prezidenti Co Bayden “Tvitter” kompaniyasının sahibkar İlon Mask tərəfindən alınmasından narahat olduğunu, eyni adlı sosial şəbəkənin "bütün dünyaya yalanlar püskürən" bir alət olduğunu söyləyib.
Reuters agentliyi xəbər verir ki, Ağ evin başçısı bunu cümə günü Çikaqo şəhərində (İllinoys ştatı) keçirilən seçkiqabağı tədbirdə çıxış edərkən bildirib. "Hazırda hamımızı narahat edən budur: İlon Mask bütün dünyaya yalanlar yayan, püskürən bir alət götürür və satın alır. . Amerikada artıq redaktorlar yoxdur", - Co Bayden çıxışında belə deyib.
İlon Mask “Tvitter”i 44 milyard dollara almaq barədə müqaviləni oktyabrın 27-də bağlayıb. Sosial şəbəkənin yeni sahibinin istifadəçiləri həmişəlik bloklamaq praktikasına son qoyacağı gözlənilir. O, həmçinin kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaratdığını elan edib.
Oktyabrın 31-də ABŞ-ın Qiymətli kağızlar və birjalar komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərə əsasən, milyarder kompaniyanın direktorlar şurasını buraxmağa hazırlaşır. O, “Tvitter”i satın aldıqdan dərhal sonra bir sıra rəhbər işçiləri işdən çıxarıb.
Bloomberq agentliyinin yaydığı xəbərə görə, sahibkar işçi ştatını təxminən yarıya qədər azaltmağı planlaşdırır. Cümə günü kompaniyada əməkdaşların ilk ixtisarı başlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)




